Modern.az

Məşhur türk  reper həbs edildi

Məşhur türk  reper həbs edildi

Dünya

25 May 2018, 00:20

Məşhur türkiyəli repçi, “Ezhel” ləqəbi ilə tanınan Sercan İpəkçioğlu bəzi replərində narkotiki təbliğ etdiyi və narkotik istifadəsini asanlaşdırması ittihamı ilə saxlanılıb.

 

Modern.az  xəbər verir ki, 28 yaşlı repçi İstanbul Narkotiklərlə Mübarizə İdarəsinin sorğusu əsasından tutularaq polis şöbəsinə gətirilib.

 

Sorğu-sual edilən repçi Ədliyyə Nazirliyinə aparılıb və daha sonra məhkəmədə dindirilən İpəkçioğlu haqqında “Narkotik preparatların təbliği və onlardan istifadəni asanlaşdırmaq” maddəsi ilə həbs qərarı verilib.

 

Qeyd edək ki, İpəkçioğlu Türkiyədə, eləcə də bir sıra ölkələrdə tanınmış repçilərdən sayılır. 2017-ci ildə karyerasına başlayan “Ezhel”i “Şehrimin tadı” adlı rep daha da məhşurlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır