19 avqust 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Özünü dəliliyə qoyaraq həyatını xilas edən, həbsdən qaçan müsavatçı deputat – AXC-100
Özünü dəliliyə qoyaraq həyatını xilas edən, həbsdən qaçan müsavatçı deputat – AXC-100
25.05.2018, 00:38

 

 

Modern.az AXC-nin 100 illik yubileyi münasibətilə dövrün tanınmış ziyalısı, maarifçisi. Böyük müəllim və publisist Məmməd Sadıq Aran haqqında yazını təqdim edir:

 

 

DOSYE: (bioqrafik bilgilərdə araşdırmaçı Əli Şamilin məlumatlarından istifadə edilib)

 

Mehmed Sadıq Aran kimi tanınan Məhəmmədsadıq Saleh oğlu Axundzadə 1895-ci il yanvarın 11-də Rud kəndində anadan olub. Qarabağ xanlığının Zəngəzur mahalında yerləşən bu kənd Rusiya Qafqazı işğal etdikdən sonra yaratdığı inzibati-ərazi bölgüsündə Yelzavetpol quberniyasının Zəngazur qəzasına daxil idi. Ona görə də sənədlərdə Məhəmmədsadıq doğulduğu yer Yelzavetpol quberniyasının Zənəgzur qəzası kimi yazılır.

 

 

Soyadından da göründüyü kimi dindar bir nəsilin övladı olan Məmmədsadıq ilk təhsilini kəndlərindəki ibtidai məktəbdə – mollaxanada alıb. Orada Quranı-Kərimin oxunuşunu, şəriəti, fars dilini öyrəndikdən sonra bölgənin əhalisinin sıx bağlı olduğu Naxçıvan şəhərinə gedir. Gimnaziyada oxuduğu illərdə dovrünün bir çox ictimai-siyasi xadimləri, inqilabçıları, Səttərxan hərəkatının iştirakçıları ilə tanış olur və dostlaşır. Bütün bunlar da onun bir vətənsevər mübariz kimi yetişməsinə təsir göstərir.

 

Gimnaziyada oxuduğu illərdə şeir yazan Məmmədsadıq Axundzadə şeir və məqalələrini “Fyuzat”, açıq söz qəzetlərində çap etdirir.

Üsyankar ruhlu bir gənc olduğundan istər hökumət məmurları tərəfindən, istərsə də ətrafındakı mühafizəkar insanlar tərəfindən sevilmir. Çılğın hərəkətlərinə və hökumət ələyhinə çıxışlarına görə təzyiq və təqiblərə məruz qalır.

Naxçıvan gimnaziyasını bitirib Bakı Yüksək Pedaqoji İnstitutuna daxil olan Məmmədsadıq sanki bir yerdə duruş gətirə bilmir.

 

Təqiblərdən yayınmaq üçün Məmmədsadıq Marağa şəhərinə gedərək orada ibtidai məktəb açır. Marağa mühiti, geridə qalmış, cəmiyyətin yeniləşməsinə əngəl olan İranda istəriklərini reallaşdıra bilmədiyini görərək yenidən Zəngəzura qayıdır. O dövrdə Zəngəzur qəzasının mərkəzi sayılan Gorusa gələrək burada məktəb açır:

 

“Rusiyada baş verən qarışıqlıq, 300 illik Romanovlar sülaləsinin taxtdan salınması, ölkəni bürümüş qarışıqlıq, bu qarışıqlıqdan istifadə edən ermənilərin ruslardan və xarici ölkələrdən dəstək alaraq bölgədə müsəlmanlara qarşı soyqrım həyata keçirmək istəmələri gənc Məmmədsadığı mübarizə meydanının mərkəzinə atır.

Bir ziyalı, qələm əhli kimi yazı-pozu işləri ilə məşğul olmaqla, xalqının hüququnu taplantılarda diplomatik yolla həll etməklə qalmır. Bəzən əlinə silah alaraq kəndlərə basqın edən, dinc əhalini qıraraq var-dövlətini talan edən erməni quldurlarına qarşı döyüşməli olur. Həmin gərgin günlərdə erməni quldurları nə yolla olur olsun Zəngəzurdakı müsəlmanları bölgədən təmizləməklə oranı yeni yaratdıqları Ermənistan Respublikasına qatmaq istəyirdilər.

 

Hərbi təlim görməmiş, silahsız əhali də silahlandırılmış, təlim keçilərək ordu halına gətirilmiş ermənilərin qarşısında duruş gətirə bilmirdi. Zəngəzurda vəziyyət olduqca ağır idi. Hər gün onlarla insanın qəddarlıqla öldürüldüyü, kəndlərin dağıdıldığı xəbəri gəlirdi. Belə ağır və gərgin günlərdə xalq Məmmədsadıq Axundzadəni yeni yaradılmış Azərbaycan  Cümhuriyyətinin parlamanına deputat seçir. (araşdırçı Əli Şamilin TRT Azərbaycan üçün hazırladığı proqramdan...)

 

Məmmədsadıq Axundzadə bundan sonra yalnız Zəngəzur bölgəsində yaşayanların problemlərini gündəmə gətirməklə kifayətlənmirdi, gənc respublikanın möhkəmlənməsi üçün əlindən gələni əsirgəmirdi.

 

Azərbaycan aydınları və var-dövlət sahibləri arasında fikir birliyinin olmaması, eləcə də xarici güclərin təzyiqi Azərbaycan  Cümhuriyyətinin suquta uğramasına gətirib çıxardı.

 

Bolşeviklər Azərbaycanı 1920-ci il aprelin 28-də işğal etdikdən sonra Məmmədsadıq da bir qrup məsləkdaşları ilə gizli fəaliyyətə keçir. İstanbuldakı Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə gedir, sonra yenidən Azərbaycana qayıdır. Belə səfərlərin birində Tbilisidə “Çeka” onu yaxalayaraq həbsəxanaya göndərir. O həbsxanadan qaça bilir və gizli fəaliyyət göstərən müsavatçılarla birgə çalışır. 1923-cü ilin oktyabrında xüsusi xidmət orqanları bir təsadüf nəticəsində müsavatçıların “İstiqlal” qəzetini və vərəqləri nəşr etdikləri gizli mətbəənin yerini müəyyənləşdirir. Oktyabrın 6-da təşkilatın 20 nəfər fəalı həbs edilir. Onların arasında Məmmədsadıq Axundzadə də olur. O, özünü dəliliyə vurur. İstintaq orqanların Məmmədsadıq Axundzadənin dəli olduğuna, təsadüfən müsavatçıların toplantısına qatıldığını düşünüb onu həbsdən azad edirlər. Buna baxmayaraq Məmmədsadıq Axundzadə dəli rolunu məharətlə oynayaraq “bura bizim evimizdir, məni evimizdən niyə qovursunuz” deyərək həbsxanadan çıxmaq istəmir. Onu zorla bayıra atanda da uzun müddət həbsxana qapısında duraraq, təkidlə oraya qayıtmağa çalışır. Əmin olanda ki, onu güdmürlər həbsxana qapısından uzaqlaşır. Azərbaycanda fəaliyyətini davam etdirə bilməyəcəyini görüb 1923-cü ilin sonunda yenidən İrana keçir. İranda da çox qala bilməir. Türkiyənin Trabzon şəhərinə gedir. Bir müddət burada müəllimlik edir və bolşeviklərin zülmündən qaçanlarla sıx əlaqə qurur.

Trabzonda ictimai-siyasi fəaliyyət üçün lazımi mühit olmadığını görən Məmmədsadıq İstanbula gedir. Burada Azərbaycan Milli Mərkəzinin fəallarından birinə çevrilir. Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək verir. O, qəzet və jurnallarda Mehmet Sadık Aran imzasıyla çıxış etməyə başlayır. Lakin əqidə və məslək yoldaşları ilə də bəzi məsələlərdə sözü düz gəlmir.

Xarakter etibarı ilə sərt, nöqsanlara qarşı güzəştəgetməz olan Mehmet Sadık Aran mühacirlər arasında ilk müxalif yönlü ilk jurnalı, “Azəri-Türk” jurnalını nəşrə başlayır. Onun mühacir siyasi xadimlərə qarşı müxalifliyi bolşeviklərin müxalifliyi ilə üst-üstə düşmürdü. Əksinə çox vaxt əqidə yoldaşlarını bolşeviklərə, işğalçılara və imperialistlərə qarşı sərt mövqe tutmamaqda suçlayırdı:

 

1927-ci ildə ali təhsil almaq məqsədilə İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olur. Onun təhsilini yarımçıq qoymasını Türkiyənin tanınmış millətçi şairi Nihal Atsız belə xatırlayır. “Yeni simalar arasında (Nihal Atsız 1926-cı ildə unversitetə qəbul olunub, bir il əsgəri xidmətdə olduqdan sonra geri, təhsilini davam etdirməyə dönmüdü. O, əsgərlikdə olarkən unversitetə qəbul olunanları yeni simalar kimi təqdim edir.) iki de Azerbaycanlı vardı: Kemal ve Mehmet Sadık.

Kemal (söhbət Kamal Qənizadədən gedir-Ə.Ş.) tam Azeri ağzıyla konuşur, güleç, soğukkanlı; Mehmet Sadık ise Azeri ve Türkiye lehçeleri karması bir Türkçeyle konuşan şakacı, fakat hırçın; her ikisi de bilgili ve bütün Azeriler gibi güzel ve kolaylıkla söz söyleyen arkadaşlardı. Farsçayı ve Rusçayı iyi biliyorlardı. Mehmet Sadık, din adamı ailesinden geldiği için Arapçayı da anlıyordu.

İkisi de Fakülteyi bitirmedi. Zaten onlar öğrenci değil, siyaset adamıydılar, mücahiddiler. Kısa ömürlü Azerbaycan Cumhuriyeti‘nde hizmet etmişler, bu devlet Moskoflar tarafından istila edilince Türkiyeye sığınmışlardı”.

Mehmet Sadık Aran Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu. Bu təşkilat Məhəmmədəmin Rəsulzadə İstanbula gəldikdən sonra, yəni 1924-cü ildə yaradılmışdı. Milli Mərkəzin qarşıya qoyduğu məqsəd Qüzey Azərbaycanda Sovet hakimiyyətinin devrirmək və Azərbaycan Cümhuriyətini bərpa etməkdi. Azərbaycan Milli Mərkəzi Türkiyədə gizli fəaliyyət göstərərək, türkçü ziyalıları öz ətrafında birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsinə Məhəmməd Əmin Rəsulzadə (sədr), Xəlil bəy Xasməmmədov, Mustafa bəy Vəkilov, Əbdüləli Əmircanov, Əkbər ağa Şeyxülislamov daxil idi.

O, eyni zamanda mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı “Azəri türk”, “Yeşil yaprak”, “Türk yolu”, “Ergenekon” dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Sonralar jurnalistlik fəaliyyətini Türkiyənin nüfuzlu “Ulus” və “Cümhuriyyət” qəzetlərində davam etdirmiş, hətta İkinci  Dünya  Savaşından əvvəl bu qəzetlərin İran müxbiri işləmişdir. Mehmet Sadık Aran uzun müddət həm də Ankaradakı Türk Kültürlərinin Araşdırma İnstitutunun əməkdaşı kimi çalışmış, Sənan təxəllüsü ilə milli ruhlu şeirlər yazmışdı.

Türkiyədəki mühacirlər Sovetlərin təzyiqi ilə sıxışdırılıb ölkədən çıxarılanda Mehmet Sadık Aran Finlandiyaya gedir. Orada İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün məktəb açaraq müəllim və idarəçi vəzifəsində çalışır. Eyni zamanda türkcə və fincə “Yeni Turan” adlı bir qəzet də təsis edir. Finlandiyadan İstanbula döndükdən sonra mətbu fəaliyyətini davam etdirən Mehmet Sadık Aran İkinci Dünya Savaşından sonra (1939-1945) əvvəl “Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri kimi İranda işləyir”.

 

1971-ci ilin may ayının 28-də -Azərbaycan Cümhuriyətinin elan edilməsinin 53-cü ilində İstanbulda dünyasını dəyişir və Feriköy məzarlığında dəfn edilir. 

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında
19.08.2018, 13:17

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında

Türkiyə sahillərində güclü zəlzələ
19.08.2018, 13:03

Türkiyə sahillərində güclü zəlzələ

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”
19.08.2018, 12:42

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”

Qazaxa gedərkən itkin düşən qadın tapılıb
19.08.2018, 12:19

Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər
19.08.2018, 12:08

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər
19.08.2018, 11:39

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

Azərbaycan nefti 73 dolları ötdü
19.08.2018, 11:25

Azərbaycan nefti 73 dolları ötdü

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
19.08.2018, 11:10

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”

Messi tarixi qola imza atdı
19.08.2018, 10:48

Messi tarixi qola imza atdı

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19.08.2018, 10:33

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

İndoneziyada güclü zəlzələ olub
19.08.2018, 10:14

İndoneziyada güclü zəlzələ olub

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19.08.2018, 10:00

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

Məmmədyarov supertunirə qələbə ilə başladı
19.08.2018, 09:49

Məmmədyarov supertunirə qələbə ilə başladı

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub
19.08.2018, 09:33

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19.08.2018, 09:20

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq

Cəbrayılda görüşənədək...   
19.08.2018, 09:15

Cəbrayılda görüşənədək...  

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Azərbaycan nefti bir qədər də bahalaşdı
18.08.2018, 23:09

Azərbaycan nefti bir qədər də bahalaşdı

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu
18.08.2018, 22:57

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı
18.08.2018, 22:39

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu
18.08.2018, 22:26

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Prezident BMT Baş katibinə başsağlığı verdi
18.08.2018, 22:23

Prezident BMT Baş katibinə başsağlığı verdi

ARXİV