Modern.az

Bakıdakı partlayışda yanan qadının vəziyyəti kritikdir

Bakıdakı partlayışda yanan qadının vəziyyəti kritikdir

Aktual

25 May 2018, 10:44

Mayın 21-də Binəqədi rayonunda yerləşən kafelərdən birində baş verən partlayışda bədənin 95 faizi yanan 1965-ci il təvəllüdlü Şəkər İbrahimovanın vəziyyəti ağır olaraq qalır.

 

Bu barədə Modern.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov bildirib.

 

Həkim bildirib ki, xəstənin vəziyyəti kritikdir.

 

Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

 

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Hadisə nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya çatdırılıb. Bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində yerləşdirildiyi Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır