Modern.az

Cəzaçəkmə müəssisələrində əfv sevinci - FOTO

Cəzaçəkmə müəssisələrində əfv sevinci - FOTO

25 May 2018, 11:04

Ölkə başçısının imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 634 nəfərə şamil edilib.

 

Modern.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qaradağda yerləşən 13 saylı Cəzaçəkmə Müəssəsindən (CM) 41 nəfər məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunub.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən 29 şəxs azadlığa buraxılıb.

 

Həmçinin, sərəncam 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) icra olunub. Cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb. 12 saylı CM-də isə 3 nəfər məhkum azad olunub. Onlardan 1-i Gürcüstan, 2-si Azərbaycan vətəndaşıdır.

 

Hazırda əfv sərəncamının icrası davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır