Modern.az

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı müsabiqə  

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı müsabiqə   

25 May 2018, 11:11

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib.

Modern.az xəbər verir ki, milli dəyərlərimizə həmişə hörmətlə yanaşan Sumqayıt Texnologiyalar Parkı” MMC belə bir tarixi hadisəyə özünəməxsus yanaşma sərgiləyib.

Belə ki, tariximizi yenidən vərəqləmək, bildiklərimizi təkrarlamaq və yeni biliklər qazanmaq məqsədilə Sumqayıt Texnologiyalar Parkı”  öz Sosial media kanalında “100 illik müsabiqə” adlı intellektual müsabiqə hazırlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə edilmiş uğurları, hərb sənəti, memarlığı, tarixi şəxsiyyətləri, incəsənəti, dünya ölkələri ilə münasibətləri, imza atdığı “ilklər” və başqa sahələri özündə əks etdirən müsabiqə zamanı 1000-dən çox sual səsləndiriləcək. Hər sual 4 variantdan ibarət olacaq. 120 saniyə ərzində iştirakçılara sual sayı ilə bağlı heç bir limit qoyulmur. Bir sözlə həm bilikli, həm də sürətli olan qazanacaq.

Suallara cavab verən hər şəxsin adına sonda Cümhuriyyət tərəfindən elektron fəxri fərman təqdim ediləcək. Bundan əlavə ən yüksək bal toplamış 5 iştirakçı STP-dən Cümhuriyyət tarixini özündə əks etdirən dəyərli hədiyyələr qazanacaqlar. Müsabiqənin qalibləri isə 29-30 May tarixlərində elan ediləcək.

 

 “100 illik müsabiqə” -  //www.facebook.com/stp.az/videos/1667190916735270/ 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir