Modern.az

AKP CHP-nin şüarını oğurlayıb - İDDİA

AKP CHP-nin şüarını oğurlayıb - İDDİA

25 May 2018, 11:33

AKP-nin seçkilərdəki şüarının CHP-yə məxsus olduğu ortaya çıxıb.

 

 Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ədalət və İnkkişaf Partiyasının ( AKP)  “Edərsə müəllim edər”  şüarından bundan əvvəl Cumhuriyyət Xalq Partiyası istifadə edib. Belə ki, CHP 2009-cu ildə bələdiyyə seçkiləri zamanı bu şüarla çıxış edib.

 

Reklam agenti Ateş İlyas Başsoy AKP-dən belə hərəkət gözləmədiyini qeyd edib: “Çox təəccübləndim və təəsüf etdim. 2009-cu ildə bələdiyyə seçkilərinə AKP müxalif partiyadan qat-qat daha çox əhəmiyyət vermişdi. Seçki sonrası hətta iki ayrı AKP-li qrup mənim qonağım olmuşdu. CHP mənə heç vaxt qulaq asmayıb. Həmişə məni AKP dəstəkləyib. Aradan bu qədər zaman keçdikdən sonra CHP-yə məxsus şüarın icazəsiz istifadə edildiyini gördüm. Bax, bu heç yaxşı olmadı. Kiminsə ixtisasına, özünə hörmət edən təşkilat bunu heç vaxt etməz”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır