Modern.az

Türkiyədə bəzi partiyaların siyahısında pozuntular aşkarlanıb

Türkiyədə bəzi partiyaların siyahısında pozuntular aşkarlanıb

25 May 2018, 12:01

Səadət partiyası  ilə Xalq Demokrat Partiyasının ( HDP) tərtib etdiyi deputatlığa namizədlərin siyahısında qanunsuzluq aşkar edilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ali Seçki Şurası 24 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə deputat namizədlərin siyahısının araşdırılmasını yekunlaşdırıb.Araşdırmanın nəticəsində HDP və Səadət partiyasının müraciət etdiyi siyahının qanunlara zidd olduğu müəyyən edilib. YSK məsələylə bağlı partiyalara xəbərdarlıq göndərib.

 

Aparılan araşdırmalarda AKP, CHP, MHP və “ İYİ” Partiyasının siyahılarında əhəmiyyətli nöqsanın olmadığı aşkarlanıb. Sadəcə bəzi sənədlərin natamam olduğu aşkarlanıb və verilən müddətdə tamamlanması tələb edilib.

 

YSK-nın açıqlamasında bildirilir ki, HDP-nin siyahısında deputatlığa namizədlərin çoxu namizədliyə uyğun şərtləri ödəmir. Həmin şəxslərin adları və qanuna uyğun gəlməyən şərtlər partiyaya bildirilib. Namizədlər dəyişməsə, onlarınmüraciəti etibarsız sayılacaq. Eləcə də, Səadət Parrtiyası 30 may tarixinə qədər siyahısına dəyişikliklər etməlidir.

 

 

.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi