Modern.az

Şimali Koreya Trampın qərarından məyus olub

Şimali Koreya Trampın qərarından məyus olub

25 May 2018, 12:57

Rəsmi Pxenyan ABŞ-ın prezidenti Donald Trampın tarixi zirvə görüşünü ləğv etməsindən məyus olduğunu açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Trampın qərarı onu çox məyus edib, Şimali Koreya həmişə ABŞ lideri ilə görüşməyi arzu edib.

 

Xatırladaq ki, Donald Tramp Şimali Koreyanın lideri Kim Çen Ina məktub yazaraq zirvə görüşünün reallaşmayacağını bildirmiş və dünyaya elan etmişdi. Tarixi görüşün 12 iyunda Sinqapurda keçirilməsi planlaşdırılırdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır