Modern.az

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

25 May 2018, 13:24

Ermənistanda hakim Respublika Partiyası növbədənkənar seçkilərə getməyi düşünmür.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasındakı rəhbəri Vaqram Baqdasaryan deyib.

“Biz Konstitusiyanı əsas tuturuq. Buna görə də yalnız 2022-ci ilin parlament seçkilərinə hazırlaşırıq”. Baqdasaryan növbədənkənar seçkilərə ehtiyac olmadığını deyib.

 

Baqdasaryan seçkilərə qədər Paşinyan hakimiyyəti ilə islahat proqramını müzakirə etməyə hazır olduqlarını da bildiriblər.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir