Modern.az

Ombudsman: “Müstəqillik dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub”

Ombudsman: “Müstəqillik dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub”

25 May 2018, 13:42

“Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 634 məhkum əfv edildi və bu əfv sərəncamının icrasını bu gün həyata keçirdik”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.


Ombudsman bildirib ki, müstəqilliyimiz dövründə 11 dəfə amnistiya aktı, 64 dəfə əfv sərəncamı icra olunub: "Bu, çox böyük rəqəmlərdir. Sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın təklifi ilə əfv olunub”.

 
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 634 nəfərə şamil edilib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub