Modern.az

Ayaz Salayev: “3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...”  

Ayaz Salayev: “3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...”  

25 May 2018, 14:19

Xəbər verdiyimiz kimi, kinossenarist Rüstəm İbrahimbəyovun ssenari müəllifliyilə 2015-ci ildə çəkilmiş “Qafqaz triosu” filmi Azərbaycanda ictimaiyyət nümayəndələrinin ciddi etirazı ilə qarşılanıb. Səbəb filmdə Azərbaycan xalqının aşağılanmasıdır.

Film barədə ilk etirazı tanınmış kinorejissor Ayaz Salayev bildirib. O, “Bakinskiy raboçiy” qəzetində 23 may 2018-ci il tarixdə geniş məqalə ilə çıxış edib. Məqalə “Rüstəm İbrahimbəyov və onun ermənilərin faciələrində azərbaycanlıların günahkar olması haqda filmi” adlanır.


2015-ci ildə çəkilmiş filmin 3 ildən sonra gündəmə gəlməsinə tanınmış kinorejissor Ayaz Salayev Modern.az saytına açıqlamasında münasibət bildirib.


“Qafqaz triosu” filminə yarım il bundan qabaq baxmışam. 3-4 ay olardı ki, bu filmlə bağlı tərəddüd edirdim. Yazım, yoxsa yazmayım...  Burada heç nə yoxdur. Əsas mənbə mənəm. Tam məsuliyyətimlə deyirəm. Bu, planlaşdırılmış məsələ deyil. Sadəcə, məni narahat etdiyinə görə ürəyimi boşaltmaq qərarına gəldim. Yazdım və çap edildi. Burada öncədən planlaşdırılmış, sifarişli heç nə yoxdur”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir