Modern.az

20%-ə sığmayan “yaradıcılıq”

20%-ə sığmayan “yaradıcılıq”

Aktual

25 May 2018, 13:30

Rüstəm İbrahimbəyov 2013-cü ildə olduğu kimi yenə də erməniləri tərifləməsi ilə gündəmə gəlib.

 

Hələ beş il əvvəl Rusiya mətbuatına müsahibə verən ssenarist “Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır” - deməklə öz iç üzünü açıb ortaya qoymuşdu. İndi isə ssenarisi olduğu “Qafqaz üçlüyü” filmi ilə gündəmə gələn bu adam “erməni sevdası”nı bütün çılpaqlığı ilə açıb ortaya qoydu. Filmə nəzər saldıqda kinoda azərbaycanlıların vəhşi, qəddar, qatil obrazında, ermənilərin isə alicənab, sülhsevər, qurban kimi təqdim olunduğunun şahidi oluruq. Ssenarist filmdə Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətləri tamamilə fərqli verib və bizi vəhşi xalq kimi təqdim edib, ermənilərin isə humanist olduğunu göstərib. Görünən odur ki, İbrahimbəyovun hələ də Erməni hakimiyyətinə olan bir mənəvi borcu var, ha istəyir ödəsin bir türlü ödəyib qutara bilmir.

 

Doğrusu azərbaycanlı olmayan biri, tarixini bilməyən insan o filmi izləsə zənnimcə Azərbaycana, millətimizə nifrət edər. Çünki bütün dəyərləri ilə seçilən xalq filmdə vəhşi təsvir edilib. Düşünürəm ki, milli kimliyini qəpiyə satan və hələ də 20% torpağı işğal altında olan bu insan bizim xalqın nümayəndəsi ola bilməz. Bunun adı nə yaradıcılıqdır nə də ki peşəkar sənət. Bu sadəcə 20%-ə sığmayan “yaradıcılıqdır”. Azərbaycan xalqı humanist xalq kimi hər zaman nümunə olub, olacaq da. Maraqlıdı “yaradıcı” Daş yuxudan oyanıb bir dəfə olsun bizim erməni əsrliyində olan insanlara baxdımı, bir dəfə olsun onlarında haqqlarının qorunması üçün tolerantlıq nümunəsi kimi ssenari düşündümü ?!  Onlara nə qədər əziyyət çəkdirildiyi isə bugün dünyanın gözü önündədir. Öz millətini, milli dəyərlərini, dövlətini qorumağı, onu olduğu kimi təqdim etməyi, vətəndaşlıq borcunu yerinə yetirməyi bilməyən azərbaycanlıdır rejissor.

 

Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu filmi milli xəyanətin, insan mənəviyyətının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. Heç bir yaradıcılıq, sənət bir azərbaycanlını bu formada Vətənin daşına çevirə bilməz.

Filminiz yuxusu daş olsun. Onsuzda nə daşdan səs çıxır, nə də İbrahimbəyov kimi “yaradıcı” insandan Vətən üçün səs çıxacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu