Modern.az

Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu

Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu

Hadisə

25 May 2018, 15:28

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə 2019-cu ilin yanvarın 1-dən başlanılacaq.

Modern.az-ın məlumatına görə, 2019-cu ilin yanvarın 1-dək  verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalacaq.


Vətəndaşlar sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi  üçün “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilərlər.

Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...