Modern.az

Konqres Trampa İranla bağlı qadağa qoydu

Konqres Trampa İranla bağlı qadağa qoydu

25 May 2018, 15:37

ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampın Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə ettməsinə qadağa qoyub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının Demokrat partiyasının üzvü Keyt Moris Ellisonun təklifi, həm Demokratlar, həm də Respublikaçılar tərəfindən yekdilliklə dəstəklənib.

 

Edilən dəyişikliklərlə bağlı Ellison açıqlama verərək bildirib ki, Trampın  İrana qarşı hərbi müdaxiləsi heç bir qanunla dəstəklənmir: “ İki partiyanın da belə bir qərarı dəstəkləməsi Donald Trampın İranla nüvə müqaviləsindən geri çəkilməsinə və getdikcə artan düşmənçilik hisslərinə yaxşı bir cavabdır. Bu gün Konqres hərbi gücün istuifadəsində səlahiyyətləri geri almaq üçün hərəkətə keçib”.

 

Xatırladaq ki, Donald Tramp İran ilə imzaladığı nüvə müqaviləsimndən çıxmış və İrana qarşı ağır sanksiyalar tətbiq edəcəyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır