Modern.az

Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR açıqlandı

Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR açıqlandı

Ölkə

25 May 2018, 15:40

Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktı qəbul etməyəcək.

Bu barədə Modern.az-a Milli Məclisdən bildirilib.

Mənbə qeyd edib ki,  Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib. 

Lakin Milli Məclis tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktının  qəbul edilməməsinin aşağıdakı səbəbləri var:

“Bildiyimiz kimi, Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edib.  Qanun layihələrinin tətbiqinə  2017-ci ilin dekabrın 1-dən başlanılıb. Həmin müddətdən məhkəmələrə 4000-dən çox təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur. Daha 5 min təqdimatın göndərilməsi nəzərdə tutulur. Ümumiləşdirdikdə isə  bu qanunun tətbiqi ilə bağlı 1500-ə yaxın şəxs həbsdən azad ediləcək, minlərlə məhkumun isə cəzaları yüngülləşdiriləcək”.

 

Qeyd edək ki,Azərbaycanda  indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...