Modern.az

Əli Əhmədov: "Əhalinin artması hər il 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir"

Əli Əhmədov: "Əhalinin artması hər il 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir"

25 May 2018, 15:55

Son 15 ildə Azərbaycan əhalisi 1,5 milyon nəfər artıb.

 

Trend-in məlumatına görə, bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, Baş nazirin müavini Əli Əhmədov komissiyanın rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitələri rəhbərlərinin birgə iştirakı ilə keçirilən müşavirəsində deyib.

 

Ə.Əhmədov bildirib ki, Azərbaycan əhalisi hər il 1,2 faizə qədər artır: “Bu isə o deməkdir ki, biz hər il 100 mindən artıq iş yeri yaratmalıyıq”.

 

O qeyd edib ki, Azərbaycanda məşğulluq dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir: “Azərbaycanda məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir. Son 15 ildə Azərbaycanda xeyli iş yeri açılıb, insanların layiqli iş yerləri ilə təmin olunması üçün addımlar atılır. Ölkədə işsizliyin səviyyəsi 5 faiz civarındadır. Avropanın bəzi inkişaf etmiş dövlətlərindəki demoqrafik vəziyyət Azərbaycandan fərqlidir. Azərbaycanda əhali artır, həmin ölkələrdə isə əhali artmır, əksinə, azalır”.

 

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycanda əhalinin 5 milyona yaxını əmək qabiliyyətlidir: “Ölkəmizdə əhalinin 54 faizi kəndlərdə yaşayır. Bu, çox ciddi məsələdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...