Modern.az

Göz həkimi şəhid zabitin xanımını təmənnasız əməliyyat etdi - FOTO

Göz həkimi şəhid zabitin xanımını təmənnasız əməliyyat etdi - FOTO

Aktual

25 May 2018, 17:06

Milli Ordunun şəhid zabiti, leytenant Vüqar Yarəhmədovun həyat yoldaşının gözündə yaranmış ciddi  problem xeyirxah bir həkimin sayəsində aradan qaldırılıb.

Modern.az-ın məlumatına görə, bu barədə bilgi verən hərbi ekspert Üzeyir Cəfərov şəhid ailəsinə təmənnasız yardım edən həkimi də tanıdıb. Bu, Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının aparıcı oftalmoloqu, tibb xidməti polkovniki Anar Quliyevdir.

Ü.Cəfərovun sözlərinə görə, səhhətində yaranan problemlərə görə böyük əziyyət çəkən şəhid xanımı ailənin maddi imkanları aşağı olduğundan gözünü əməliyyat etdirə bilmirmiş.

“Dəyərli komandirimiz, ehtiyatda olan polkovnik Şair Ramaldanova müraciət edən Şəhidin əsgər və zabit dostları bu işdə hansı köməyin oluna bilməsi imkanları ilə maraqlanıblar. Öz növbəsində polkovnik Şair Ramaldanov Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının aparıcı oftalmoloqu, tibb xidməti polkovniki Anar Quliyevə müraciət edib. Və sevindirici haldır ki, Anar həkim bu əməliyyatın bütün xərclərini və əziyyətini öz üzərinə götürərək, həmən Şəhid zabitimizin xanımının gözünü əməliyyat edib. Və çox şükürlər olsun ki, artıq Şəhid zabitimizin ailə üzvü özünü həm rahat hiss edir, həm də görmə qabiliyyəti tam qaydasına düşüb”. 

Ü.Cəfərov deyir ki, o, tibb xidməti polkovniki Anar Quliyevi uzun illərdir ki, şəxsən tanıyır. Və onun necə öz sənətinin mahir ustası olmasını da şəxsən bilir.

“Şəhid ailəsi ilə bağlı məsələni dəqiqləşdirmək üçün Anar həkimlə əlaqə saxlayanda, doğrusu o bir qədər təəccübləndi. "Axı mən elə də böyük bir iş görməmişəm. Sadəcə öz bacardığım köməyi və dəstəyi Şəhid zabitimizin ailə üzvünə göstərmişəm. Məncə ehtiyac yoxdur bu haqda geniş danışmağa. Bizim hər birimizin borcudur ki, Şəhid ailəsi olan insanlara son dərəcə diqqətlə, qayğı ilə yanaşaq və onların üzləşdikləri problemləri həll edək", -deyə həkim fikrini bildirdi. 
Bunu ona görə ictimailəşdirməyi vacib saydım ki, bəzən cəmiyyətdə və xüsusən də sosial mediyada tibbi sahə ilə bağlı çoxlu söz-söhbətlərə yer verilir. Hər birimizin qürur yeri olan Şəhid ailələrinə bəzən özəl tibb müəsissələrində lazım olan səviyyədə diqqət və qayğının olmadığı haqqında qeydlərə də rast gəlmək mümkündür. Amma Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının tibb xidməti polkovniki Anar Quliyev kimi ürəyi Vətən eşqi ilə döyünən bir zabiti və peşəkarı biz cəmiyyətə tanıtmalıyıq. Şəhid ailəsinin üzləşdiyi problemi belə geniş ürəkliliyi ilə təmannasız həll etməsi və bu haqda danışmağın lazım olmadığını dilə gətirməsi, onu deməyə əsas verir ki, bu gün Anar həkim kimi insanlar da var.
Təşəkkürlər sizə, dəyərli tibb xidməti polkovniki Anar Quliyev!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi