Modern.az

BMT Yəmənə görə narahatdır

BMT Yəmənə görə narahatdır

Aktual

25 May 2018, 17:30

BMT Yəməndə zorakılığın artması ilə əlaqədar narahatlığını ifadə edib.

 

Modern.az xəbər verir ki, BMT Baş katibinin Humanitar İşlər üzrə müavini Mark Loukok bu barədə verdiyi bəyanatda tərəfləri humanitar agentliklərə problemlər yaratmamağa çağırıb.

O son iki həftədə kommersiya yükdaşımalarına tətbiq edilən məhdudiyyətlərdən və bununla da humanitar agentliklərin fəaliyyətinə maneələr törədilməsinə narazıçılığını bildirib.

 

“Humanitar agentliklər gündən-günə artan məhdudiyyətlər ilə qarşılaşırlar. Bu məhdudiyyətlər ölkənin şimal hissəsində hakim təbəqələr tərəfindən tətbiq edilir. Humanitar agentləri həbs edir, onlarla pis davranır, visa verilməsində problemlər yaradırlar” – Loukok bildirib.

O tərəfləri bu cür hərəkətlərdən qacınmağa çağırıb.

 

Müavin həmçinin humanitar agentliklərlə yanaşı bu məhdudiyyətlərə kommersiya təşkilatlarının da məruz qaldığını bildirib.

O bir çox şirkətlərin yenidən koalisiya qüvvələri tərəfindən Yəmən limanlarının bağlanmasından qorxduqlarını vurğulayıb.

 

Qeyd edək ki, Yəməndə şiə-husilər ilə hakimiyyət qüvvələri arasında qarşıdurma 2014-cü ildən bəri davam edir. Hakimiyyət tərəfindən Səudiyyə ərəbistanının başçılığı ilə ərəb koalisiyası münaqişəyə hərbi müdaxilə edib. Şiə-husilərin isə İran tərəfindən maliyələşdirildiyi iddia edilir.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar