Modern.az

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

25 May 2018, 18:53

ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin yaxın vaxtlarda Cənubi Qafqaza səfəri gözlənilir.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov özünün "Twitter" səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki 30-a yaxın daimi nümayəndəsi səfər edəcək.

 

Azərbaycanın ATƏT-dəki səfiri eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətinin tərkibində iştirakına qarşı çıxır.

 

Q.İsrafilovun sözlərinə görə, səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır