Modern.az

\"Real\" \"Liverpul\"a qalib gəldi - VİDEO

\

25 May 2018, 22:20

Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyevdə Madrid “Real”ının, “Liverpul”un, Çempionlar Liqasının əfsanələrindən ibarət komandalar, o cümlədən Andrey Şevçenkonun dostlarından qurulmuş kollektiv mini yarışda güclərini sınayıblar.



Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, yarımfinalda Şevçenkonun dostları Çempionlar Liqasının əfsanələrini 5:1, “Real”ın əfsanələri isə “Liverpul”un əfsanələrini 9:3 məğlub edib.



Finalda “Real”la Şevçenkonun dostları yarışıb. Görüş heç-heçə başa çatıb – 3:3. Qolları ukraynalılardan Oleq Lujnı, Andrey Voronin, Sergey Rebrov, “Real”ın əfsanələrindən isə Esteban Kambiasso, Alvaro Arbeloa və Davor Şuker vurub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?