Modern.az

Türkiyə ordusu üç PKK başçısını məhv edib

Türkiyə ordusu üç PKK başçısını məhv edib

Aktual

25 May 2018, 22:56

Türkiyə silahlı qüvvələrinin Diyarbəkir, Mardin və Siirt vilayətlərində, həmçinin İraqın şimalında mayın 18-dən 24-ə kimi keçiridiyi anti-terror əməliyyatları nəticəsində 49 terrorçu məhv edilib.

 

Modern.az türk mediasına  istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ-nin baş qərargahı bəyanat yayıb.

 

Qərargahdan bildiriblər ki, öldürülənlər arasında PKK terrorçu qruplaşmasının üç başçısı var.

 

Bundan başqa əməliyyatların gedişində 37 partlayıcı qurğu və mina zərərsizləşdirilib, terrorçuların 11 istinadgahı məhv edilib.

 

Toqquşmalarda ordu yeddi şəhid verib, 12 hərbçi yaralanıb.

 

Bu müddət ərzində Türkiyə dövlət sərhədini pozmağa cəhd edən 7473 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi