Modern.az

Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb

Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb

Aktual

26 May 2018, 09:10

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.  Xəsarət alan şəxslərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəsarət almış şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı