Modern.az

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

26 May 2018, 11:49

ABŞ xalqı dövlətin Yaxın Şərqdəki təsirini itirdiyini düşünür.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da keçirilmiş yeni sorğuda iştirak edən ABŞ xalqının 69%- i ölkənin Yaxın Şərqdəki təsirini Rusiya, İran, Çin kimi ölkələrə təslim edib.

Bunun ən əsas səbəblərindən biri dövlətin Yaxı Şərqlə bağlı verdiyi qərarlardır. Ən diqqət çəkən qərarların isə  ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən çıxması və Qüdsün İsrailin paytaxtı kimi tanınması olub.

 

Sorğuda iştirak edənlərin 54%-i İranla nüvə müqaviləsini ləğv etmək əvəzinə, yenidən müzakirə edilməsini vacib sayıblar. Trampın Təl-əvivdəki səfirliyini Qüdsə köçürməsi qərarı isə xalqın çox hissəsi tərəfindən dəstəklənib. İştirakçıların 60%- i qərarı doğru, 40%- i yanlış olduğunu düşünür. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır