Modern.az

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

26 May 2018, 12:08

ABŞ-ın F-35 qırıcı təyyarələrinin Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə- Rusiya münasibətlərini daha da gücləndirəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqon büdcəsinə aid qanun layihəsini qəbul edib. Layihədə Pentaqondan Türkiyənin S-400 hava müdafiə sistemlərinin satın alma prosesi, bunun iki ölkə arasındakı münasibətlərdə  potensial təsirləri haqqında hesabatların hazırlanması və bu məsələlər həll edilənə kimi F-35 qırıcı təyyarələrinin satışının təxirə salınması nəzərdə tutulur.

 

Rusiyalı ekspertlər belə düşünür ki, F-35 qırıcı təyyarələrinin Türkiyəyə satılmasından imtina edilərsə, ölkənin NATO ilə əlaqələri pisləşəcək. Və getdikcə vəziyyət daha da gərgin ola bilər. Rusiyalı ekspert Oleq Ponomarenko bildirib ki, 100 qırıcı təyyarə vəziyyətin nə qədər ciddi olduğunu deməyə əsas verir: “ Türkiyə ilk günlərədn bu proqramın tərəfdaşıdır. 100 qırıcı təyyarədən imtina edilməsi vəziyyəti çox gərginləşdirəcək”.

 

Rusiyalı ekspertlərin fikrincə ABŞ, Türkiyənin etibarlı müttəfiqi olmadığını anlamağa başlayır. ABŞ həmişə NATO-da  dominant mövqeyində olub. Ancaq yavaş-yavaş dominatlığını itirməkdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır