Modern.az

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

26 May 2018, 12:16

Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.

 

1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.

Nəticədə, A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib. (Report)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?