Modern.az

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

26 May 2018, 13:21

Bakıda sosial şəbəkələrdə qadınları hədələyərək onlardan pul tələb edən şəxs tutulub

 

Sosial şəbəkələrdə qadınların etimadını qazanan və daha sonra onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyər bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib. İdarədə araşdırma aparılan zaman həmin şəxsin Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Aslan Əzizov olduğu müəyyən edilib. Həmin şəxs dəfələrlə istintaqa çağırılsa da məsuliyyətdən yayınmağa cəhd göstərib. Bu səbəbdən barəsində axtarış elan edilən A.Əzizov Nizami Rayon Polis İdarəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.

 

A.Əzizov ifadəsində 2017-ci lin ilin oktyabr ayından saxlanılana qədər həmin qadından hədə-qorxu yolu ilə 4000 ABŞ dolları və 200 manat aldığını etiraf edib. Saxlanılan şəxsin telefonuna baxış keçirilən zaman başqa qadınlara qarşı da analoji cinayətlər etdiyi məlum olub.

Göstərilən faktla bağlı Nizami Rayom Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hədə-qorxu gələrək qadınlardan pul tələb edən A.Əzizovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır