Modern.az

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

26 May 2018, 13:54

Bu gün UEFA Çempionlar Liqasının  qalibi müəyyən olunacaq.

 

Modern.az xəbər verir  ki,  fimnal qarşılaşmasında İspaniyanın “ Real Madrid” klubu İngiltərənin “ Liverpul” klubu ilə qarşılaşacaq. Görüş Ukraynanın Kiyev şəhərində keçiriləcək.  “ Kral klubu” mundialın 12 qat qalibidir. Ardıcıl 2 dəfə Ç empionlar liqasının qalibi “ Real” Madrid son 4 turnirdə 3 dəfə çempion olmağı bacarıb.  “ Liverpul” klubu isə sonuncu dəfə 2005-ci ildə İstanbulda keçirilən əfsanəvi “ Liverpul”- “ Milan” qarşılaşmasında qalib gələrək kuboku başı üzərinə qaldırmışdı.

 

“ Real Madrid” Ukraynaya tam heyətlə yollanıb. İngilis klubu isə bu oyunda Joel Matip, Co Qomeş və Aleks Oksleyd Çemberlenin xidmətindən yararlana bilməyəcək. Hər üç futbolçu zədəlidir.

Qeyd edək ki, 22:45-də start veriləcək oyunu serbiyalı hakim Milorad Maziç idarə edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır