Modern.az

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

26 May 2018, 14:51

Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub. 

 

“Report”un Şirvan bürosu xəbər verir ki, Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.

 

Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olan Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı “Report”un yerli bürosuna açıqlamasında oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib: “Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib. Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb”.

 

N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər: “Baxmayaraq ki, Tağı kazinoya vərdiş etmişdi, o, çox abırlı uşaq olub. Səhvi, ardınca isə həyası onu intihara sürükləyib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır