Modern.az

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

26 May 2018, 15:12

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

 

Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.  Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

 

Artıq  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə çox qısa zaman qalıb. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, həmyerlilərimiz  tərəfindən də geniş qeyd ediləcək.

 

Cənubi Koreyada yaşayan həmyerlimiz Nihat Xəlilzadə  Modern.az saytına açıqlamasında  AXC-nin 100 illiyi ilə bağlı həmin ölkədə görülən işlərdən danışıb:

“Cənubi Koreyanın paytaxtı Seulda səfirlik tərəfindən xüsusi tədbirlər təşkil olunub və olunmaqda davam edir. O cümlədən Koreyadakı Azərbaycan Səfirliyi tərəfindən Koreyanın ən böyük biznes və expo mərkəzlərindən biri “COEX” də AXC-nin 100 illiyi ilə əlaqədar “Azərbaycan Koreya Milli Geyim Şousu” təşkil olundu. Və həmçinin mayın  21-i “Hyatt” otelində çox böyük səviyyədə yenidən səfirliyimiz tərəfindən tədbir təşkil olundu. Hər iki tədbirin aparıcısı olaraq deyə bilərəm ki, əla təşkil olunmuşdu”.

 

Müsahibimiz qeyd edib ki,  Koreyada azərbaycanlıların sayı çox olmasa da tədbirlərdə fəal iştirak edirlər:

“Həmyerlilərimiz müxtəlif tədbirlərdə iştirak edirlər. Şəxsən öz ailəm adından deyə bilərəm ki, bu ay  üç tədbirdə iştirak etmişik və gələn ay da iki tədbirimiz var. Səfirliyin dəstəyi ilə Koreyanın paytaxtında və başqa şəhərlərində tədbirlərə qatılıb AXC ilə əlaqəli məlumatlar paylaşıb, həyat yoldaşımın hazırladığı milli mətbəxin yeməklərini koreyalılara təqdim edirik. Bizim kimi onlarla belə təbliğatlarla məşğul olan gənclərimiz var”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...