Suriyada bir maşının partladılması nəticəsində 2 mülki vətəndaş ölüb,50 nəfər yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İdlib rayonunda baş verib. İlkin hesablamalara görə 2 nəfərin öldüyü, 50 nəfərin yaralndığı açıqlanıb. Ölənlərin sayının artacağı ehtimal olunur.
Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı qeyd olunub. Partlayış nəticəsində çox sayda binalar da zərər görüb.
Hələlik heç bir qruplaşma hadisəni öz üzərinə götürməyib. Faktla bağlı araşdırmalar davam edir.