Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin gündəlik qrafikinin sıx olduğundan gecələr yatmır.
Modern.az-ın verdiyi xəbərə görə, Peskov qeyd edib ki, adətən forum zamanı yatılmır:
“Prezidentin gündəlik qrafikinin bütün saatları məşğuldur. Hazırda Fransa, Yaponiya, Mərkəzi Afrika Respublikasının prezidentləri onun qonağıdır. Onlar foruma gəliblər”.
Aparıcının prezidentin yatmağa imkanı olmayacağı ilə bağlı sualını Peskov belə cavablandırıb:
“Əlbəttə, axı onlar prezidentin qonaqlarıdır”. (oxu.az)