Modern.az

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

26 May 2018, 21:00

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

 

Modern.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

 

Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başlayıb. Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətiriblər. Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirib.

 

Prezident İlham Əliyev məzun günündə çıxış edib.

 

Tədbirdə ADA məzunlarına həsr olunan video nümayiş olunub. Sonra Universitetin məzunu, biznes fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev çıxış edib.

 

Daha sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal çıxış edib.

 

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

Sonra diplomların təqdim edilməsi mərasimi başlayıb. Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

 

Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır