Yəmənin yeni xarici işlər naziri və BMT yanında keçmiş xüsusi nümayəndə Haled əl-Yamani bəyan edib ki, husi üsyançıları sülh prosesində iştirak etməyə razılıq veriblər.
Trend-in məlumatına görə, Haled əl-Yamani bildirib ki, üsyançıların bu fikrə gəlməsinə səbəb onların getdikcə zəifləyən mövqeləridir.
Yerli telekanal xəbər verir ki, hüsilər silahları da təhvil verməyi söz veriblər.