21 iyun 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Fransalı nazir UFAZ-da oldu
Fransalı nazir UFAZ-da oldu
27.05.2018, 15:54

Mayın 27-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata əsasən, tədbirdə Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Strasburq və Ren 1 universitetlərin rektorları, Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol, Airbus DS France-nın prezidenti Nikola Şamussi, “Azerkosmos”un prezidenti Rəşad Nəbiyev, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

 

Qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş arxiv sərgisinin stendləri ilə tanış olublar.

 

Daha sonra nazirlər Fransanın “Thales”, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə qatılıblar.

 

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qonaqları salamayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil edilən sərginin tarixi əhəmiyyətindən danışıb.

 

Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələ olduğunu bildirən nazir qeyd edib ki, layihənin uğurla davam etdirilməsi təhsil sahəsində unikal bir əməkdaşlığın nəticəsidir. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin UFAZ layihəsinə göstərdiyi diqqət və qayğını bu uğurun əldə olunmasında önəmli faktor kimi dəyərləndirib və UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirib.

 

Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian 28 may - Respublika Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.

Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışan fransalı nazir UFAZ-ın yaradılmasından böyük məmnunluq hissi keçirdiyini bildirib.

 

Sonra UFAZ-da təhsil alan tələbələrlə görüş keçirilib.

 

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir.

 

UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda universitetdə 284 tələbə təhsil alır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Ren 1 Universiteti və ADNSU) alacaqlar.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Polat Alemdar” tanınmaz hala düşdü - FOTOLAR
21.06.2018, 00:57

“Polat Alemdar” tanınmaz hala düşdü - FOTOLAR

Yeni baş nazirin hökuməti təsdiq olundu
21.06.2018, 00:46

Yeni baş nazirin hökuməti təsdiq olundu

Bitkoin oğurluğu qiyməti ucuzlaşdırdı
21.06.2018, 00:28

Bitkoin oğurluğu qiyməti ucuzlaşdırdı

Baba laqonda ilə nəvəsinin ayağını kəsdi
21.06.2018, 00:09

Baba laqonda ilə nəvəsinin ayağını kəsdi

Dünya Çempionatı-2018: İspaniya çətin qələbə qazandı
20.06.2018, 23:58

Dünya Çempionatı-2018: İspaniya çətin qələbə qazandı

İngiltərəli azarkeşlər Rusiyada da qalmaqal yaratdı
20.06.2018, 23:45

İngiltərəli azarkeşlər Rusiyada da qalmaqal yaratdı

Azərbaycan nefti cüzi bahalaşıb
20.06.2018, 23:35

Azərbaycan nefti cüzi bahalaşıb

Yevlaxda zəhərlənən pambıqçılar 24 nəfərə çatıb - YENİLƏNİB - SİYAHI
20.06.2018, 23:22

Yevlaxda zəhərlənən pambıqçılar 24 nəfərə çatıb - YENİLƏNİB - SİYAHI

Şəkidə üç uşağı sahibsiz it dişləyib
20.06.2018, 23:14

Şəkidə üç uşağı sahibsiz it dişləyib

Tramp kraliça ilə görüşəcək
20.06.2018, 22:56

Tramp kraliça ilə görüşəcək

Naxçıvanda şərab zavodu ermənilərdən geri alınıb - VİDEO
20.06.2018, 22:42

Naxçıvanda şərab zavodu ermənilərdən geri alınıb - VİDEO

Taxıl biçinində növbəlilik prinsipinə əməl olunmalıdır - Tapşırıq verildi
20.06.2018, 22:11

Taxıl biçinində növbəlilik prinsipinə əməl olunmalıdır - Tapşırıq verildi

“Xanımım heç nəyə etiraz etmədi, bilirdi ki, kəlbəcərliyə ərə gəlir” - Dilqəm Əsgərovun oğlu
20.06.2018, 22:00

“Xanımım heç nəyə etiraz etmədi, bilirdi ki, kəlbəcərliyə ərə gəlir” - Dilqəm Əsgərovun oğlu

Növbəti komanda-qərargah təlimi keçirilir-FOTOLAR
20.06.2018, 21:39

Növbəti komanda-qərargah təlimi keçirilir-FOTOLAR

İntihara cəhd edən qadın xəstəxanada öldü
20.06.2018, 21:19

İntihara cəhd edən qadın xəstəxanada öldü

Dünya Çempionatı-2018: Rusiya və Uruqvay 1/8 finalda - VİDEO
20.06.2018, 21:06

Dünya Çempionatı-2018: Rusiya və Uruqvay 1/8 finalda - VİDEO

Bakı-Quba yolunda yol qəzası: xəsarət alanlar var
20.06.2018, 20:54

Bakı-Quba yolunda yol qəzası: xəsarət alanlar var

Qırğızıstanın keçmiş baş naziri həbs edilib - rüşvətə görə
20.06.2018, 20:44

Qırğızıstanın keçmiş baş naziri həbs edilib - rüşvətə görə

Balakəndə 18 yaşlı qadın 3 yaşlı oğlu ilə itkin düşüb
20.06.2018, 20:36

Balakəndə 18 yaşlı qadın 3 yaşlı oğlu ilə itkin düşüb

Avtomobil bazarında qiymətlər artıb
20.06.2018, 20:22

Avtomobil bazarında qiymətlər artıb

Masallıda “Kamaz” yanıb
20.06.2018, 20:04

Masallıda “Kamaz” yanıb

Türkiyə ordusu Münbiçdə yeni əməliyyatlara başladı
20.06.2018, 19:47

Türkiyə ordusu Münbiçdə yeni əməliyyatlara başladı

ABŞ-ın kosmik qüvvələri hücuma məruz qalıb
20.06.2018, 19:31

ABŞ-ın kosmik qüvvələri hücuma məruz qalıb

Putin Rusiya millisinin oyununa baxmadı
20.06.2018, 19:17

Putin Rusiya millisinin oyununa baxmadı

Türkiyədən 100 hərbi qulluqçu Azərbaycana gəlib
20.06.2018, 19:03

Türkiyədən 100 hərbi qulluqçu Azərbaycana gəlib

Erməni futbolçu Azərbaycanda oynaya bilər
20.06.2018, 18:50

Erməni futbolçu Azərbaycanda oynaya bilər

Azərbaycan-İtaliya əlaqələrinin inkişafı yolları müzakirə edilib
20.06.2018, 18:41

Azərbaycan-İtaliya əlaqələrinin inkişafı yolları müzakirə edilib

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi
20.06.2018, 18:34

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi

SOCAR bu ölkədə ofisini bağlayır
20.06.2018, 18:28

SOCAR bu ölkədə ofisini bağlayır

Nazir müavini: “Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb
20.06.2018, 18:24

Nazir müavini: “Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb

İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı
20.06.2018, 18:19

İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı

Qaçqınlar Cəmiyyətinin sədri: “Bəzi məmurlar bu məsələdə Prezidentin yanında deyil” - MÜSAHİBƏ   
20.06.2018, 18:10

Qaçqınlar Cəmiyyətinin sədri: “Bəzi məmurlar bu məsələdə Prezidentin yanında deyil” - MÜSAHİBƏ  

Tereza Mey ölümlə hədələndi
20.06.2018, 18:04

Tereza Mey ölümlə hədələndi

Dünya Çempionatı-2018: Portuqaliya qalib gəldi
20.06.2018, 17:56

Dünya Çempionatı-2018: Portuqaliya qalib gəldi

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Ürək ağrısı ilə deməliyik ki...”
20.06.2018, 17:50

Dövlət Miqrasiya Xidmətinin rəisi: Ürək ağrısı ilə deməliyik ki...”

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.4%)
Braziliya(21.6%)
Almaniya(12.6%)
İngiltərə(3.73%)
Portuqaliya(13.4%)
İspaniya(5.22%)
Fransa(5.97%)
Belçika(1.49%)
Seneqal(2.98%)
Rusiya(19.4%)