22 iyun 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu - ŞANLI YUBİLEY 
Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu - ŞANLI YUBİLEY 
28.05.2018, 00:02

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur.

100 il öncə vətənpərvər Azərbaycan ziyalıları yoxdan bir dövlət qurublar. 

Modern.az xəbər verir ki, o dövrdə sahəsi 114 min kvadrat kilometr olan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlamentli demokratik respublika idi.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərindəki Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

100 il öncə - 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin –Məhəmməıd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub.

Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər  ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

AXC-nin qurulmasına dair Milli Şuranın İstiqlal Bəyannaməsində deyilirdi:

 

“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

 

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

 

Azərbaycan Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

 

Azərbaycan Cümhuriyyətinin milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

 

Azərbaycan Cümhuriyyətinin öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

 

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.


M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

 

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

 

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

 

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

 

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

 

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F. X. Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F. X. Xoyskiyə tapşırılıb.

AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

 

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

 
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 27-28-də Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olundu, Cümhuriyyət hökuməti süquta uğradı,


Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami Milli Ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyulub. AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunub. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılıb. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olub. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunub.


70 il sonra Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdə özünü 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan etdi. Bu gün bayrağımız, gerbimiz, himnimiz o dövrdəkidir.  Bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.

Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Qeyd edək ki, Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.


Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq
22.06.2018, 00:59

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı
22.06.2018, 00:48

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib
22.06.2018, 00:29

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır
22.06.2018, 00:13

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi
21.06.2018, 23:57

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR
21.06.2018, 23:37

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir
21.06.2018, 23:20

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:
21.06.2018, 23:06

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Metroda döyülən şortikli qız axtarılır
21.06.2018, 22:53

Metroda döyülən şortikli qız axtarılır

Gecə klubunda atışma: 2 ölü
21.06.2018, 22:42

Gecə klubunda atışma: 2 ölü

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı
21.06.2018, 22:29

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Şəmkirdə musiqiçilər qəzaya düşdü
21.06.2018, 22:14

Şəmkirdə musiqiçilər qəzaya düşdü

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var
21.06.2018, 21:58

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21.06.2018, 21:43

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21.06.2018, 21:30

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video
21.06.2018, 21:16

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO
21.06.2018, 20:59

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21.06.2018, 20:44

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı   
21.06.2018, 20:27

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı  

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21.06.2018, 20:15

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır

“Araz” supermarketin işçisinin qətl səbəbi ...
21.06.2018, 20:01

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

Neftçalada 19 yaşlı gənc özünü asdı
21.06.2018, 20:00

Neftçalada 19 yaşlı gənc özünü asdı

Füzulidə raket hissəsi tapılıb - FOTO
21.06.2018, 19:45

Füzulidə raket hissəsi tapılıb - FOTO

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21.06.2018, 19:34

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
21.06.2018, 19:22

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq
21.06.2018, 19:05

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq

Onlar UNEC-i seçir
21.06.2018, 18:51

Onlar UNEC-i seçir

Abşeronda piyadanı avtomobil vurub öldürdü
21.06.2018, 18:49

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb
21.06.2018, 18:43

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21.06.2018, 18:39

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ
21.06.2018, 18:32

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb
21.06.2018, 18:26

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21.06.2018, 18:23

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi
21.06.2018, 18:18

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21.06.2018, 18:14

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.0%)
Braziliya(24.5%)
Almaniya(11.3%)
İngiltərə(3.14%)
Portuqaliya(11.9%)
İspaniya(4.40%)
Fransa(5.03%)
Belçika(1.88%)
Seneqal(3.14%)
Rusiya(19.4%)