Modern.az

Gimnastlarımız beynəlxalq turnirdən 8 medalla geri döndülər

Gimnastlarımız beynəlxalq turnirdən 8 medalla geri döndülər

28 May 2018, 11:21

Macarıstanın paytaxtı Budapeştdə keçirilən idman gimnastikası üzrə yeniyetmələrin beynəlxalq turnirinə komandamız 8 medalla yekun vurub.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a verilən məlumata görə, Respublika Günü ərəfəsində millimizin perspektivli və gənc gimnastları düz iki dəfə himnimizi Budapeştin gimnastika arenasında səsləndirməyi bacarıblar.

 

Komandamızın hesabına ən çox medal yazdıranlardan biri Səməd Məmmədli olub. Təmsilçimiz dəstəli at üzərində çıxışlarına görə qızıl, dayaqlı tullanmada gümüş, paralel qollarda isə bürünc medala sahiblənib. Daha bir bürünc medalı isə gimnastımız çoxnövçülükdə qazanıb.

 

Növbəti qızıl medalı isə hesaba Cavidan Babayev halqalarda uğurlu çıxışı ilə yazdırıb.

Digər idmançımız Ramin Dəmirov da komanda yoldaşlarından geri qalmayaraq, öz yaş kateqoriyasında çıxışlarına görə halqalarda gümüş, çoxnövçülükdə isə bürünc medalla mükafatlandırılıb.

 

Ağamurad Qəhrəmanovun turnikdəki çıxışı isə onu fəxri kürsünün ikinci pilləsinə yüksəldib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi