Modern.az

Rusiyalı milyarder ailəsini də götürüb Londona köçdü

Rusiyalı milyarder ailəsini də götürüb Londona köçdü

28 May 2018, 12:50

Biznesmen, mesenat və milyarder Boris Mints və 3 oğlu ailələri ilə birlikdə Londona köçüblər. Virtualaz.org xəbər verir ki, bu barədə “Vedmosti” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

“Vəziyyət gərginləşib, getmək daha təhlükəsizdir”,- qəzetə mənbələrdən biri bildirib.

Qəzetin yazdığına görə, Mintsin “O1 Properties”şirkətinin əsas aktivləri Kipr şirkəti olan “Riverstretch Trading & Investments” (RT&I) tərəfindən alına bilər. Hazırda bununla bağlı danışıqlar gedir və iki həftədən yaxın bir neçə aya qədər müddət ərzində müqavilə bağlanılması gözlənilir.

 

Xatırladaq ki, Mints “O1 Group” investisiya şirkətinin yaradıcısıdır. O, həmçinin özəl Rus impressionizmi muzeyini yaradıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır