Bakıda mənzildə yaşlı qadının meyiti tapılıb.
FHN-dən Modern.az-a verilən məlumata görə, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Arakson Mariya Lyubovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.