Modern.az

Bir qrup jurnalist AXC-nin 100 illik yubileyi ilə əlaqədar Gürcüstana gedib

Bir qrup jurnalist AXC-nin 100 illik yubileyi ilə əlaqədar Gürcüstana gedib

28 May 2018, 14:00

Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlərə start verib.

 

Modern.az-ın xəbərinə görə, birliyin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedib.

Səfərdə məqsəd 1918-ci il mayın 28-də Cümhuriyyətin elan olunduğu məkanı ziyarət etmək və tədbir keçirməkdir. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur. 

 

Mayın 29-da isə jurnalistlər Gəncədə İstiqlal Muzeyini ziyarət etməklə yanaşı, tədbir təşkil edəcəklər. 

Xatırladaq ki, layihəyə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək verir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?