17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Cabbarın ifası, Rəsulzadənin unudulan “gəlin öyüdü” - Cümhuriyyət tələbələri ilə  “vida  reportajı”
Cabbarın ifası, Rəsulzadənin unudulan “gəlin öyüdü” - Cümhuriyyət tələbələri ilə  “vida  reportajı”
28.05.2018, 16:38

AzEdu.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə silsilə yazılarına davam edir.

 

Portalın prinsiplərinə sadiq qalaraq, Cümhuriyyətlə yanaşı, onun təhsilinə də toxunmağı vacib bilirik. 

 

Onu da bilirik ki, AXC hökumətinin təhsil sahəsində  gördüyü ən vacib işlərdən biri xaricə göndərdiyi yüz tələbədir.

 

Doğrudur, təəssüflər ki, məlum səbəblərdən bu tələbələr öz ölkələrinə faydalı ola bilmədilər. Çünki onların oxumağa getməsindən bir neçə ay sonra bolşeviklər ölkəni istila etdilər. Həmin tələbələrin də durumu həddindən artıq pisləşdi. Maliyyə  mənbələri kəsildi, qürbətdə yaşamaq ağır oldu. Buna baxmayaraq, əksəriyyəti min bir zülmlə təhsillərini başa vursalar da, sonra öz ölkələrinə xeyir verə bilmədilər. 

 

Bizim isə danışacağımız tarix həmin tələbələrin ölkədən yola salınması ilə bağlıdır. O zaman Azərbaycan Cümhuriyyəti hələ bərqərar idi və böyük ümidlərlə yaşayırdı. 100 tələbəni də Balaxanı vağzalından bu ümidlərlə yola salırdılar: 

O gün Rusiya və Avropa ali məktəblərində müxtəlif ixtisaslar üzrə oxumağa 100 nəfər azərbaycanlı tələbə göndərilirdi: 17 nəfər Rusiyaya, 3 nəfər İngiltərəyə, 11 nəfər Almaniyaya, 1 nəfər İtaliyaya, 13 nəfər Fransaya, 4 nəfər Türkiyəyə və 50 nəfər İsveçrəyə. Gənclərdən biri Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən və onun əvəzinə orta təhsilli bir gənc tapılmadığından 99 nəfər göndərildi. 1920-ci ilin yanvar ayında, tələbələr xarici ölkələrə yola düşürdülər. Gedənləri yola salmaq üçün stansiyaya çoxlu adam: qohum-əqraba, yoldaşlar və tanışlar, elm-mədəniyyət xadimləri, ədiblər, şairlər, müxtəlif partiyaların nümayəndələri gəlmişdi. Onlar vağzalın böyük salonunda toplaşmışdılar.

 

Manaf Süleymanov həmin hadisənin şahidlərindən eşitdiyini özünün məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”də  bu cür əks etdirir: 

“Balaxanı məktəbinin müəllimi Seyidbağır Axundzadə ayağa durub dedi: “Cavanlar, siz xaricə oxumağa yüz nəfər yollanacaqdız, çox təəssüf ki, yoldaşınız Miryusif Mir Abdullazadə həyata vida etdi... Azərbaycan fəal bir tələbəsini itirdi. O, Şamaxı qəzasının Lahıc qəsəbəsində doğulmuşdu. Şuşa orta məktəbini qurtarmışdı. İnqilab ərəfəsində, Şuşada kommunistlər firqəsinə daxil olub-çalışmışdı.

 

 Ötən 1919-cu ilin yayında Bakıya gəlib, müəllimlər kursunu  qurtardı. Balaxanı zükür məktəbində müəllimliyə başladı. Vəzifəyə son dərəcə diqqətlə yanaşırdı, Məktəbin dörd şöbəsini öhdəsinə alıb gündə fəhlə balaları ilə 5-6 saat çalışırdı. Artıq vaxtını fəhlələrə qəzet-jurnal oxumaqla keçirirdi. Bakıya qayıdanda azarlayıb xəstəxanada yatırdı. Üç gün orda qalandan sonra vəfat etdi. Yoldaşlarını yalnız buraxıb, əbədi getdi. Əziz Miryusif yoldaş, sənin müqəddəs fikirlərin, arzuların uğrunda yoldaşların çarpışacaqlar. Sən vaxtsız vəfat etdin. Allah sənə rəhmət eləsin, - tələbələrə müraciətlə əlavə etdi, - Allah sizə də yar olsun, Vətən övladları”.

 

Səmədağa Ağamalıoğlu qalxdı. Hamı ayağa durdu. Miryusifin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Səmədağa Ağamalıoğlu ilə bərabər İbrahim Əbilov, Əhməd Pepinov və başqaları da məclisdə iştirak edib tələbələrə nəsihət, məsləhət verdilər”. 

 

Həmin məclisdə o zaman bütün Qafqazda məşhur olan ən güclü muğam üçlüyü də var idi; Tarzən Qurban Pirimov,  kamança çalan Oqonozaşvili,  bir də təbii ki, xanəndə Cabbar Qaryağdıoğlu”¦.  

 

Böyük salon musiqi təranələrinə, Cabbarın ecazkar, əfsanəvi ahənginə darısqallıq edirdi. Ədəbiyyatşünas Salman Mümtaz qürbətə gedənlərin şərəfinə çay-şirniyyat, meyvə süfrəsi açdı. Səmədağa Ağamalıoğlu gedənlərə nəsihət etdi, bol-bol elm, mədəniyyət, texniki fənn ləvazimatı gətirməyi tapşırdı. Nitqlər söyləndi, xoş arzular diləndi. Qurban Pirimov tar, Saşa Oqonozaşvili kamança çalır, Cabbar Qaryağdıoğlu vaxtaşırı oxuyurdu. Məclisdə çox xoş bir əhvali-ruhiyyə vardı. Lakin dünyanın bu qarmaqarışıq vaxtında Vətəndən, qohum-əqrəba və dostlardan ayrılmaq, övladı uzaq, qürbət ellərə yola salmaq intizarı üzlərdə oxunurdu. 

 

Stansiyada zəng çalındı. Parovoz uzun, sürəkli xəbərdarlıq fiti verdi. Həyəcan daha da artdı, gedənlər də, qalanlar da üzüntülü dəqiqələr keçirirdilər, gözlərdə yaş, dodaqlarda həzin bir təbəssüm vardı. Astadan səslər eşidilirdi: “Tezliklə məktub yaz!”,  Özündən muğayat ol!”, “Dərslərində diqqətli ol!”, “Qürbət eldə xoş rəftar ol!”, “Həftədə çox yox, heç olmasa bir sətir yaz!”. 

 

Tarzən birdən “Orta Mahur” çalmağa başladı, gözəl xanəndənin ilhamı coşqun dəniz təki təlatümə gəldi.  

 

Şəbi hicran yanar canım, 

Tökər qan çeşmi kiryanım... 

Oyadar xəlqi əfqanım, 

Qara bəxtim oyanmazmı... 

 

 Hamı ayağa qalxdı... Tələbələr, qohum-əqraba, valideynlərilə vidalaşıb vaqonlara doluşdular. Musiqi təranələri altında qatar stansiyadan yavaş-yavaş ayrıldı. Pəncərələrdən yaylıqlar göyərçin qanadları təki yellənirdi. Göz yaşları ilə əzizlərini yad diyarlara yola salanlar da əlləri ilə, yellədikləri yaylıqlarla vida salamı göndərir, onlara uğurlu yol diləyirdilər. 

 

Haşiyə - yaxud, onların buraxdıqları səhv 

 

Cümhuriyyət dövrünü araşdıran alim Ədalət Tahirzadə Cümhuriyyət tələbələrindən bəhs edən  kitabında Almaniyaya göndərilənlər haqqında bir neçə maraqlı  faktı qeyd edib:

“AXC hökumətinin xaricdə təhsil almağa göndərdiyi 100 tələbənin böyük əksəriyyəti- 64 nəfəri Almaniyada təhsil aldı. Məhəmməd Əmin Rəsulzadə onları Sabunçu vağzalından yola salarkən demişdi ki, bura əcnəbi gəlinlərlə dönməyin. Amma onların demək olar ki, hamısı alman qızları ilə ailə həyatı qurdular.  1937-ci ilin istintaq materialları ilə tanış olarkən gördüm ki, ölkədəkilər, daha doğrusu, sovetin idarəçiliyi altında  təhsil alanlar məharətlə istintaqçıların suallarından yayınsalar, yalan danışmağı bacarsalar da, xüsusən, Almaniyada təhsil alıb qayıdanlar bunu edə bilməyiblər. Onlar dürüst olublar, verilən sualları olduğu kimi cavablandırıblar. Yəqin ki, bu alman mühiti ilə bağlı olub. Məsələn, sovet quruluşunda oxuyana sual verirdilər ki, sən filan partiyanın üzvü olmusan, and içirdi ki, yox. Amma təbii ki, ora ilə əlaqələri olub. Lakin Almaniyada oxuyanlarda bu cəhət yox idi. Onlar ancaq doğruu deyirdilər. Elə “Bakı rüzgarı” kitabında da bunu aydın görmək olar. İsmayıl Saryal o kitabı yazarkən ailəli idi. Amma vaxtıkən yaşadığı sevgiləri açıq-aydın kitabda yazıb”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır
17.10.2018, 17:45

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq
17.10.2018, 17:34

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi
17.10.2018, 17:27

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI
17.10.2018, 17:27

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  
17.10.2018, 17:26

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  

Binəqədidə Müstəqillik günü qeyd olundu
17.10.2018, 17:19

Binəqədidə Müstəqillik günü qeyd olundu

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ
17.10.2018, 17:16

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Manat və dolların sabahkı məzənnəsi
17.10.2018, 17:11

Manat və dolların sabahkı məzənnəsi

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu     
17.10.2018, 17:07

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu  

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək
17.10.2018, 17:02

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı
17.10.2018, 16:40

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ   
17.10.2018, 16:30

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ  

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı
17.10.2018, 16:25

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı

Bakının mərkəzində yol çökdü - FOTOLAR
17.10.2018, 16:11

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  
17.10.2018, 16:06

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  
17.10.2018, 16:00

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  

UNEC sorğunun qalibi oldu
17.10.2018, 15:58

UNEC sorğunun qalibi oldu

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub
17.10.2018, 15:42

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub

Əbülfəs Qarayev şikayətləri dinlədi
17.10.2018, 15:37

Əbülfəs Qarayev şikayətləri dinlədi

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu
17.10.2018, 15:28

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər
17.10.2018, 14:56

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU
17.10.2018, 14:44

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  
17.10.2018, 14:29

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  

Krımda partlayış: 10 nəfər öldü
17.10.2018, 14:28

Krımda partlayış: 10 nəfər öldü

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...
17.10.2018, 14:09

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır
17.10.2018, 13:54

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO
17.10.2018, 13:45

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT
17.10.2018, 13:42

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi
17.10.2018, 13:40

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi

27900 şüşə saxta aksizli içki aşkarlandı
17.10.2018, 13:33

27900 şüşə saxta aksizli içki aşkarlandı

Yeni il ərəfəsində əfv olmayacaq
17.10.2018, 13:21

Yeni il ərəfəsində əfv olmayacaq

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  
17.10.2018, 13:02

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı
17.10.2018, 12:55

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı   
17.10.2018, 12:49

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı  

Sabah hava necə olacaq? - PROQNOZ   
17.10.2018, 12:39

Sabah hava necə olacaq? - PROQNOZ  

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi
17.10.2018, 12:35

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb
17.10.2018, 12:27

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL   
17.10.2018, 12:24

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL  

Pompeo itən jurnalistlə bağlı Türkiyəyə gəldi
17.10.2018, 12:09

Pompeo itən jurnalistlə bağlı Türkiyəyə gəldi

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələr hədiyyə etdi
17.10.2018, 11:59

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələr hədiyyə etdi

Bu gün yağış, külək davam edəcək
17.10.2018, 11:57

Bu gün yağış, külək davam edəcək

Lənkəranda soyğunçuluq edən saxlanıldı
17.10.2018, 11:55

Lənkəranda soyğunçuluq edən saxlanıldı

Çingiz Qənizadə: “Erməniləri sevən Leyla Yunus kimilər narahatdır”   
17.10.2018, 11:53

Çingiz Qənizadə: “Erməniləri sevən Leyla Yunus kimilər narahatdır”  

Bakıda ağır qəza: avtobus sürücüsü və vəzifəli şəxs həbs edildi - FOTOLAR
17.10.2018, 11:52

Bakıda ağır qəza: avtobus sürücüsü və vəzifəli şəxs həbs edildi - FOTOLAR

Paşinyan baş nazir postuna namizəd olmayacaq
17.10.2018, 11:50

Paşinyan baş nazir postuna namizəd olmayacaq

Arıçı Səbuhi Nəbiyev: “Nəslimiz arı saxlamağa 150 il əvvəl başlayıb”
17.10.2018, 11:44

Arıçı Səbuhi Nəbiyev: “Nəslimiz arı saxlamağa 150 il əvvəl başlayıb”

ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı - FOTO
17.10.2018, 11:36

ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı - FOTO

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR
17.10.2018, 11:30

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR

Faktiki hava şəraiti açıqlandı
17.10.2018, 11:29

Faktiki hava şəraiti açıqlandı

Rəşad Vahabzadə: “Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir”
17.10.2018, 11:27

Rəşad Vahabzadə: “Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir”

ARXİV