11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - PARLAMENT - Problemli kreditlər 1,7 milyard manata çatdı - “Məsələnin ağırlığı 4 yerə bölünsün” - TƏKLİF  
Problemli kreditlər 1,7 milyard manata çatdı - “Məsələnin ağırlığı 4 yerə bölünsün” - TƏKLİF  
29.05.2018, 10:21

2015-ci ildə ölkədə baş verən devalvasiyaların təsirləri həmin dövrlə müqayisədə xeyli azalıb. Amma problemi kerditlər məsələsi hələ də həllini tapmır. Modern.az-ın problemli kreditlərlə bağlı yaranmış suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli cavablandırıb. 

 

- Əli müəllim, 21 fevral və 21 dekabr 2015-ci il devalvasiyalarından təxminən 3 ilə yaxın vaxt keçir. Hazırda problemli kreditlərin həcmində hansı dəyişikliklər var?

 

- Azərbaycanın bank sektoru daha çox neft amilinin prioritet təşkil etdiyi mərhələnin, xüsusən də neft bumu mərhələsinin “yetişdirməsidir”. Həmin dövrün prinsipləri, bundan əlavə, həm də yazılmamış qanunları əsasında formalaşıb inkişaf etməyə başlayan bank sistemi 2014-cü ildən neftin qiyməti kəskin surətdə aşağı enəndən və 2015-ci ilin iki şok devalvasiyasından sonra çox böyük problemlər yaşamağa başlayıb. Bankların problemləri arasında 3 məqam-kapitallaşma imkanlarının məhdudlaşması, kredit qoyuluşlarının kəskin surətdə aşağı düşməsi və problemli kreditlərin kəskin surətdə artması daha ciddi narahatlıq yaradır. Devalvasiyadan əvvəl vaxtı keçmiş kreditlər 1 milyard manatın altında olmaqla kredit portfelində payı 5,3 faizi səviyyəsində idi. 2017-ci ildə vaxtı keçmiş kreditlər 1,6-1,8 milyard manat arasına çatmaqla (əslində problem kreditlərlə bağlı real göstəricilər daha yüksəkdir) kredit portfelində payı 22 faizə yaxınlaşıb. Bu il həmin sahədə bir qədər səngimə müşhidə olunur. Bununla belə, vaxtı keçmiş kreditlər 2018-ci ilin yanvar-aprel ayları 2017-сi ilin yanvar-aprel aylarına nisbətən 7,5 faiz artaraq 1,7 milyard manat təşkil edib ki,bu da kredit portfelinin 15 faizindən çoxdur.

 

- Problemli kreditlər məsələsi gündəmə gələndə bir çox ekspertlər təkliflərlə çıxış etdi. Bu məsələsinin çözülməsi istiqamətində Sizin də təklifləriniz vardı...

 

- Problemli kreditlərlə bağlı məsələni yumşaldıb, banka borcu olanları düşdüyü borc tələsindən qurtarmadan, bank sektorunda sabitliyi bərpa etmək mümkün deyil. Deputat həmkarım Vahid Əhmədovla birlikdə bu sahənin tanınmış mütəxəssislərinin də fikirlərini almaqla maliyyə sağlamlaşdırılmasına dair “Təkliflər paketi” hazırlayıb aidiyyəti qurumlara göndərdik. Həmin “Təkliflər paketi”ndə maliyyə-bank sistemindəki mövcud və arzuolunan vəziyyət, nail olma yolları, hüquqi və maliyyə təminatı, eləcə də təşkilati tədbirlər öz əksini tapıb. Bir qisim mütəxəssis güzəştlərin olmasını, digər qisim isə problemli kreditlərin silinməsi istiqamətində addımlar atılmasını təklif edir.

 

- Siz hansı varinatı daha əlverişli hesab edirsiniz?

- Biz isə hesab edirik ki, bu problemin həllində hər iki variant, yəni güzəşt də, silinmə variantı da zəruridir. Bizim təkliflərin qısa məğzi bundan ibarətdir ki, devalvasiya nəticəsində obyektiv səbəblərdən (banka yaxın adamların borclarından, imkanı olub bilərəkdən borcunu ödəməyənlərdən söhbət getmir) borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin: Məsələn, 5 min, imkan varsa, 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar. Eyni zamanda, araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Müflisləşmə haqqında qanuna əlavə və dəyişikliklər edilməli, ya da ki, fiziki şəxslərin müflisləşməsi haqqında əlavə qanun qəbul edilməlidir. Buna əsasən şəhid ailələrı, kimsəsizlər, tək analar, aşağı pensiya alan pensiyaçılara güzəşt edilməlidir. Krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın.

 


- Bəzi mütəxəssislər, ekspertlər büdcəyə neft gəlirlərindən daxil olan əlavə vəsaitin problemli kreditlərin həll olunması istiqamətinə yönəldilməsini təklif edirlər. Ümumilikdə təkliflər çoxdur, amma problem hələ də həll olunmadan qalır. Sizcə səbəblər nədir?

- Xarici valyutada olan kerditlərlə bağlı problemin həllinin indiyəcən uzanmasının səbəbləri çoxdur. Bununla belə əsas səbəblərdən biri problemin həllinin maliyyə təminatnın kimin üzərində olması məsələsidir. Maliyyə Nazirliyi belə hesab edir ki, xarici valyutada olan kreditlər məsələsi banklarla əhali arasında olan problemdir və onlar bunu öz aralarında həll etməlidirlər. Banklar da hesab edir ki, xarici valyutada olan kreditlər məsələsinin maliyyə yükünü dövlət öz üzərinə götürməlidir. Büdcəyə neft gəlirlərindən daxil olan vəsaitin problemli kreditlərin həll olunmasına yönəldilməsinin təklifi bankların qeyd etdiyimiz həmin mövqeyi ilə demək olar ki, eynidir. Bir-birinə daban-dabana zidd olan bu iki baxışın hər birində xeyli həqiqət payı olsa da, hər ikisi yarımçıq xarakter daşıyır və problemin həllinə xidmət etmir.

Biz hesab edirik ki, dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin.Təklif etdiyimiz sxem üzrə borcların 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların (indi bundan bir qədər artıq) maliyyə yükünün 63 milyon dollarını,yəni dörddə bir hissəsini dövlət, dörddə bir hissəsini banklar, digər hissəsini borclular çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür. Büdcəyə neft gəlirlərindən əlavə daxilolmalardan  asılı olmayaraq qeyd etdiyimiz prinsip üzrə 250 milyon dollarlıq vəsaitin 63 milyon dollar ekvivalent hissəsinin (100 milyon manatdan bir qədər artıq) problemli kreditlərin həll olunmasına yönəldilməsi bu baxımdan aktual sayıla bilər. Problemin daha geniş miqyasda həlli üçün isə yəqin ki, 250 milyon dollar yox, ondan bir qədər artıq- təqribən 2 dəfə çox vəsait lazım olacaq. Bankların bu bölgü prosesində iştirakının əvəzində isə dövlət birbaşa və dolayısı ilə məsələn, Mərkəzi Bankın vəsaitləri, orta müddətli qiymətli kağızları, problemli aktivlərin banklardan alınması və sair yollarla kommersiya banklarına birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların kapitallaşmasının qaydaya salınması, fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparmalıdır. Ya da ki, Mərkəzi Bankın vəsaitləri, kapitallaşmaya dəstək vermək üçün orta müddətli qiymətli kağızları, problemli aktivlərin banklardan alınması və sair yollarla maliyyə ağırlığını öz üzərinə götürsün, banklar isə öz problemli müştərilərinə təklif etdiyimiz variantlarda güzəştlər etsinlər.

 

- Problem həll olunmamış qaldıqca vəziyyət nəyi ehtiva edir?

 

- Hökumət dollarla olan kreditlər probleminin həllini dondurmaq siyasəti yeritməklə, əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını itirməkdədir… Vəziyyətin yaxşılaşdırılması istiqamətində real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da ağırlaşacaq. Bu isə iqtisadiyyatda əlavə ciddi problemlər yaradacaq. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Kredit qoyuluşları azalır. Bu, ölkədə iqtisadi fəallığın artması qarşısında maneəyə çevrilib. Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternet
11.12.2018, 17:10

“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternet

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO   
11.12.2018, 17:06

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO  

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?
11.12.2018, 17:02

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA
11.12.2018, 16:56

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   
11.12.2018, 16:51

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   

Fransada etiraz aksiyaları səngimir
11.12.2018, 16:51

Fransada etiraz aksiyaları səngimir

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
11.12.2018, 16:47

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb
11.12.2018, 16:41

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb

İlqar Məmmədovun evini yardılar
11.12.2018, 16:30

İlqar Məmmədovun evini yardılar

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb
11.12.2018, 16:20

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO   
11.12.2018, 16:19

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO  

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub
11.12.2018, 16:13

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub

Rövşən Rzayev köçkünləri qəbul etdi
11.12.2018, 16:12

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı
11.12.2018, 16:08

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI
11.12.2018, 15:48

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir
11.12.2018, 15:44

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI
11.12.2018, 15:39

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib
11.12.2018, 15:31

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO
11.12.2018, 15:30

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR
11.12.2018, 15:22

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ
11.12.2018, 15:16

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  
11.12.2018, 15:00

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi
11.12.2018, 14:49

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?
11.12.2018, 14:44

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
11.12.2018, 14:37

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Liderləri Tanrı seçir...   
11.12.2018, 14:28

Liderləri Tanrı seçir...  

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir
11.12.2018, 14:24

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib
11.12.2018, 14:03

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ   
11.12.2018, 13:41

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ  

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi
11.12.2018, 13:36

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR   
11.12.2018, 13:35

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR  

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ   
11.12.2018, 13:23

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ  

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi
11.12.2018, 13:17

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı
11.12.2018, 13:14

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  
11.12.2018, 13:10

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR
11.12.2018, 12:59

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB
11.12.2018, 12:53

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...
11.12.2018, 12:50

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI
11.12.2018, 12:41

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib
11.12.2018, 12:31

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Goradil və Fatmayidə işıq olmayacaq
11.12.2018, 12:30

Goradil və Fatmayidə işıq olmayacaq

Orta aylıq əməkhaqqı 540 manata çatıb   
11.12.2018, 12:18

Orta aylıq əməkhaqqı 540 manata çatıb  

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR
11.12.2018, 11:59

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq
11.12.2018, 11:58

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA   
11.12.2018, 11:47

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA  

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib
11.12.2018, 11:39

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  
11.12.2018, 11:30

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ
11.12.2018, 11:25

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ

Ermənistanda yanğın: 3 ölü
11.12.2018, 11:25

Ermənistanda yanğın: 3 ölü

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək
11.12.2018, 11:20

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək

ARXİV