Modern.az

Yaz imtahanlarında abituriyentlərin 9.8 faizi 500-700 arası bal yığıb

Yaz imtahanlarında abituriyentlərin 9.8 faizi 500-700 arası bal yığıb

29 May 2018, 10:29

Təhsil eksperti Kamran Əsədov 2018-2019 - cu il üçün ali məktəblərə qəbul üzrə yaz imtahanlarının bəzi nəticələri haqda məlumat verib.

Modern.az-
ın məlumatına görə, ekspert bildirib ki, ümumilikdə I - IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi 500-700 arası bal toplayıb.

I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 - nəfər 500-700 arası bal toplayıb.

II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.

III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb.

IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb.

2018-2019 - cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb. 10 nəfər maksimum nəticə, 700 bal toplayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır