Modern.az

İsrail güclüdür, yoxsa İran?

İsrail güclüdür, yoxsa İran?

29 May 2018, 11:18

Yaxın Şərqin iki əsas oyunçusu İsrail və İran vaxtaşırı bir-birlərinə qarşı müharibə hədələri ilə çıxışlar edirlər.

 

Hər iki dövlətin hərbi potensialı müharibə aparmaq gücünə malikdir.

 

Modern.az saytının məlumatına görə, hərbi-siyasi çevrələrdə hələ də İranın yoxsa İsrailin hərbi üstünlüyə malik olması haqda müzakirələr gedir.

 

İsrail effektiv hava zərbələri endirən və nüvə arsenalı olan ölkədir. Lakin İran zərbələrə zərbə ilə cavab vermək bacarığına görə dünyanın ən effektiv ordularından biri hesab olunur.

 

“Global Firepower” təşkilatının məlumatlarına görə, İranın silahlı qüvvələrinin, ümumi döyüş və ehtiyat qoşunlarının sayının ümumi miqdarı 934 min nəfər təşkil edir.

 

İsraildə isə bu rəqəm 615 min nəfərdir. İran əhalisinin yarıdan çoxu döyüşmək bacarığında olan insanlardır, İsraildə isə bu rəqəm 3.6 milyondur.

 

Lakin ekspertlər bildirir ki, yüksək texnologiyalı müharibə zamanı İranın üstünlükləri azalacaq. İsrailin 2700 tankı, ağır artilleriyası mövcuddur. 

İsrail havada İranın 500 yük təyyarəsi və təlim helikopterlərinə qarşı 600 qırıcı və zərbə helikopterlərinə malik olduğu üçün  üstünlüyə malikdir.

 

Analitiklərin fikrincə, İranın hərbi üstünlüyü isə ondan ibarətdir ki, onlar rəqiblərinin zəif nöqtələrini tapa bilirlər. Yad qüvvələrlə müharibə aparmaq İranın əsas üstünlüklərindən biri hesab olunur.

 

İran həm də özünün hərbi-siyasi çətiri altında olan təşkilatları sürətlə silahlandırır, söhbət əsasən “Hizbullah” təşkilatından və Yəməndəki Husi hərəkatından gedir.

Hərbi mənbələrin məlumatına görə, İranın ən azı 16 orta və uzaqmənzilli raketləri, artilleriya sistemi artıq tətbiq olunur.

İranın “Horramşahr” raketləri 1900 kilometrlik məsafədəki hədəflər üçündür. “Horramşahr” İsrailin “İeroxion-2” raketlərinə (1400-3400 kilometrlik)” rəqib olacaq.

 

Buna baxmayaraq analitiklər bütün parametrləri uzlaşdırıb belə nəticəyə gəlirlər ki, İsrail İran qarşısında aşkar üstünlüyə malikdir. Bir qisim analitik düşünür ki, İran İsrailə qarşı duruş gətirməyə qadir deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür