22 mart 2019, Cümə
Ana Səhifə - CƏMİYYƏT - Azərbaycanda məmurun oğlu əsgər getdi!
Azərbaycanda məmurun oğlu əsgər getdi!
30.05.2018, 09:22

Başlığı oxuyub, həmən qərar verməyin... Azərbaycan cəmiyyətində “filan məmurun oğlu əsgər getdi”, “deputatın oğlu hərbi xidməti ön cəbhədə keçdi” kimi xəbərlər çox nadir hallarda yayıla bilər, hərçənd uzun illərdir belə bir informasiyaya şahid ola bilmirik. Amma hansısa məmur, ya da deputat çağırış yaşlı oğlunu həqiqi hərbi xidmətə göndərməklə cəmiyyətə nümunə göstərə bilər... Di gəl ki, göstərmirlər...

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş düşmən ölkənin – Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonyan ötən həftə  həqiqi hərbi xidmət yaşı çatmış oğlanlarının əsgər gedəcəyini bəyan etdilər. Baş nazir isə oğlunun hətta Qarabağda xidmət edəcəyini bildirdi... Əlbəttə razıyıq ki, bu, erməni məmurların erməni cəmiyyətinə nümayiş etdirdikləri populizmdir. Müqayisə bir o qədər də yerinə düşmür...

Amma olsun, populizmdirsə, bizdə də olsun... Qoy hansısa məmurumuz və ya deputatımız çıxıb mətbuata bəyan etsinlər ki, həqiqi hərbi xidmət yaşı çatmış oğlunu sabah orduya yola salacaq..

Təəssüf ki, bizim məmurlar və onların övladları tez-tez mətbuatın, sosial şəbəkələrin müzakirə obyektinə çevrilərkən əsasən qınağa tuş gəlirlər. Çünki “papanın gül balaları” sosial şəbəkələrdə bahalı avtomobil kolleksiyalarına, lüks otellərdə, bahalı çimərliklərdə çəkdirdikləri şəkillərinə “like” toplamaqla məşğul olurlar. Bəlkə də bu səbəbdəndir ki, Azərbaycanda hansısa yüksək vəzifəli məmurun adı gələndə yaxşı əməl sahibi olsa belə, hamı eyni cür fikirləşir.

Müşahidələr də göstərir ki, Azərbaycan məmurunun mənfi tipajını yaradan, portretini çəkən elə öz övladlarının, ailə üzvlərinin, yaxın qohum-qardaşlarının əndazəni aşan əməlləridir. Təəssüf ki, onların içərisində cəmiyyətə örnək sayıla biləcək davranış sərgiləyənlərin çox az qisminin adını çəkmək mümkündür. Əksəriyyət bahalı villaları, avtomobil kolleksiyaları, xarici universitetlərdən külli miqdarda vəsait hesabına əldə etdikləri diplomları ilə göz qamaşdırır və mətbuatın gündəmini həftələrlə zəbt edirlər. Amma di gəl ki, bircəciyi barədə “filankəsin oğlu əsgər getdi”, “filan məmurun oğlu ön cəbhədə” xəbərləri tirajlanmır. Ona görə yox ki, mətbuat bunu xəbər saymır. Ona görə ki, reallıqda bu tip xəbərlər kimlərinsə illüziyası ola bilər. Səbəb nədir?.. 

Modern.az-ın mövzuyla bağlı suallarını deputat Çingiz Qənizadə cavablandırıb. O, məmurları cəmiyyətə nümunə göstərməyə səsləyib:

“Bizim hər birimiz bu ölkənin kiçik tərkib hissəsiyik. Ona görə də hər birimiz hər bir məsələdə başqalarına nümunə olmalıyıq. Çox təəssüf ki, bəzi hallarda harınlamış məmur övladlarının hərəkətləri heç bir əndazəyə sığmır. Onlar nəninki hərbi xidmət borcunu yerinə yetirmir, ümumiyyətlə bu barədə düşünmürlər belə. Cəmiyyətdə vəzifə verilərkən xarakteri, davranışı dəyişən, başqlarına üstən aşağı baxan, onları aşağılamağa çalışan məmurlar həddən çoxdur. Bunlar yolverilməzdir. İnsan nə qədər sadə, şəffaf və təmiz olacaqsa, bir o qədər də uca olacaq”.

 

Ç.Qənizadə məmur-oliqarxların övladlarının xaricdə təhsil alması məsələsinə də diqqət çəkib:

“Bir vaxtlar bizdə dəb halını almışdı. Ölkəyə çoxlu valyuta axını vardı. Əlinə imkan düşən iş adamları, məmurlar övladlarını xaricə oxumağa göndərirdilər. Mən buna çox pis baxıram. Niyəsini deyim. Əgər bu uşaq savdlıdırsa, dövlət təyinatı ilə xaricdə təhsil alırsa, bunu yalnız alqışlamaq olar. Amma gedib hansısa xarici ölkədə 50 min, 100 min avro ödəməklə uşaq oxutdururlarsa, o pulların mənbəyi araşdırılmaldır. Qoy bir məmur açıqlasın görək, o pulları haradan əldə edib. Dövlətin təyinatı, dövlət proqramı əsasında xaricdə təhsil alan məmur övladı da, fəhlə övladı da layiqli vətəndaş kimi ölkəmizə qayıdır. Amma böyük “çirkli pullar”  hesabına, üstəlik hərbidən yayınaraq gedənlərin əksəriyyətinin məqsədi heç də təhsil almaq olmur.

Belələri Azərbaycana qayıdıb dövlət qulluğuna imtahan verəndə çox vaxt keçə bilmirlər. Savadlı, bacarıqlı övlad yerindən asılı olmayaraq, cəmiyyət üçün yararlı olacaq. Amma başqalarına görk olsun deyə, bəhsəbəhs üçün uşaqların xaricə göndərilməsinin tərəfdarı deyiləm. Xaricdə təhsilə xərclənən pullara, Azərbaycanda yüksək bal toplayaraq ödənişli əsaslarla təhsil alan tələbələrə yardım etmək olar. Elə hərəsi bircə tələbənin ödənişini etsə, elə bilsinlər cənnətə gedib-qayıdıblar, ya da elə diriykən cənnətə düşmüş olarlar. Xeyirxah işlərlə məşğul olmaq lazımdır, öyünməklə, yekəxanalıqla heç nəyə nail olmaq olmaz”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 02:17

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21.03.2019, 10:50

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR
21.03.2019, 10:43

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Bakıda sərnişin avtobusu yandı
21.03.2019, 10:33

Bakıda sərnişin avtobusu yandı

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu
21.03.2019, 10:21

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu

Ermənilər atəşkəsi 30 dəfə pozdu
21.03.2019, 10:00

Ermənilər atəşkəsi 30 dəfə pozdu

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI
21.03.2019, 09:35

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI

Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

ARXİV