Modern.az

Əfqanıstanda polisə hücum: 6 ölü

Əfqanıstanda polisə hücum: 6 ölü

30 May 2018, 13:32

Əfqanıstanda polis mərkəzinə hücum zamanı 6 polis öldürülüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Loqar vilayətində baş verib. Terroristlər əvvəlcə daxilinə bomba yerləşdirdikləri maşını partladıblar. Daha sonra 3 terrorist mərkəzə daxil olub.

Polislə silahlə toqquşma zamanı terroristlər zərərsizləşdirilib. Atışma zamanı terroristlərdən başqa 6 polis də həlak olub.

 

 

Bundan başqa hadisə yerində olan 8 mülki vətəndaş da yaralanaraq xəstəxanaya çatdırılıblar. Hadisəni Taliban terror qruplaşması öz üzərinə götürüb.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir