Modern.az

Hindistan və Pakistan atəşkəs imzaladı

Hindistan və Pakistan atəşkəs imzaladı

Aktual

30 May 2018, 13:49

Pakistanla Hindistan arasında atəşkəs imzalanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə arasındakı mübahisəli ərazi olan Kəşmir şəhərində qarşıdurmaların olmayacağı ilə bağlı razılığa gəlinib. Beləliklə aylarla davam edən və onlarla əsgərin, mülki vətəndaşın ölümünə səbəb olan bu qarşıdurmalara yekun vurulacağı açıqlanıb.

 

 

Pakistan ordusundan verilən açıqlamaya görə, dünən qaynar xətt vasitəsilə tərəflər məsələni müzakirə ediblər. Tərəflər mövcud vəziyyəti düzəltmək, sülh yaratmaq,bölgədə yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək və tədbirlər həyata keçirməkdə razılığa gəliblər. 

 

 

Bəyanatda həmçinin gələcəkdə mübahisəli regionda yenə analoji hadisələr  baş verərsə, təmkinli münasibət göstəriləcəyi və məsələnin mövcud olan qaynar xətdən istifadə edilərək həll ediləcəyi qeyd olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi