Modern.az

Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyib - Ermənistan TƏSDİQLƏDİ - FOTO

Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyib - Ermənistan TƏSDİQLƏDİ - FOTO

30 May 2018, 14:36

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Naxçıvan istiqamətində daha əlverişli mövqe tutması ilə bağlı yayılan xəbərləri faktiki olaraq təsdiqləyib.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ordusunun mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, Naxçıvanla sərhəddə yerləşən Areni kəndinin sakinləri Azərbaycan mövqelərinin irəliyə şəkilməsindən narahat olublar.

 

“Naxçıvan istiqamətində mövqelərin çəkilməsi gündəlik baş verən prosesdir. Adıçəkilən kəndlərin sakinləri ilə bununla bağlı izahat aparılır. Bizim döyüş qabiliyyətimiz mövqelərin yüksəkliyi ilə ölçülmür. Yaranmış söz-söhbət bizim işlərimizə mane olur. Xahiş edirəm, təmkinimizi saxlayaq”-deyə Artsrun Ovannisyan erməni ictimaiyyətini sakitliyə çağırıb.

 

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılmış məlumatlarda bildirilirdi ki, düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır