Modern.az

Muharrem İncedən Ərdoğana qarşı kitab ARQUMENTİ

Muharrem İncedən Ərdoğana qarşı kitab ARQUMENTİ

30 May 2018, 15:47

Cumhuriyyət Xalq Partiyasının (CHP)  prezidentliyə namizədi Muharrem İncə Ərdoğanla Fətullah Gülənlə görüşməsini sübut edən kitabı seçicilərinə nümayiş etdirib.

 

 

Modern.az Sözçü qəzetinə istinadən xəbər verir ki, İncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın FETÖ lideri Fətullah Gülən ilə 2000-ci ildə görüşdüyünü detalları ilə qeyd edib.

 

O, TRT telekanalının keçmiş rəhbərlərindən Nasuhi Güngörün qələmə aldığı “Yenilikçi hərəkat” adlı kitabda yer alan Ərdoğan-Gülən görüşməsinə diqqət çəkib. Nasuhi Güngör Rəcəb Tayyib Ərdoğan yaxın dostlarından biri olub:

 

 

“Əlimdə bir kitab var. Müəllifi Ərdoğanın yaxın dostudur. Ona inanır. Kıtabın 89-cu səhifəsini oxuyuram. Yazılıb ki, uzun aradan sonra Ərdoğan və Gülən ABŞ-da bir araya gəlib. Bir-biriinə çox uzaq olan bu iki şəxsin görüşü çox maraqlıdır. Yəni mən demirəm, öz yaxın dostu deyir”.

 

Sonra İncə Ərdoğanın siyasi həyatı boyunca ziddiyətli açıqlamalarının olduğu videoları insanlarla bölüşüb.

 

Xatırladaq ki, CHP lideri Ərdoğanın partiyasını Gülənin köməkliyi ilə qurduğunu iddia etmişdi. Ərdoğan isə onun sübutunun olmadığını açıqlayaraq, İncəni namərd adlandırmıışdı.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır