Modern.az

Sərhədçilər Bakıda 3 əcnəbini saxladılar

Sərhədçilər Bakıda 3 əcnəbini saxladılar

31 May 2018, 10:01

Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti əməkdaş­ları xarici vətəndaşların saxta­laş­dırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısını alıb.

Qurumun mətbuat xidmətinrən Modern.az-a verilən məlumata görə, mayın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda sər­həd nəza­rəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə do­ğur­­ub, xüsusi laboratoriya şərai­tin­də dərinləş­di­ril­miş yoxlama nəti­cə­­sində şübhələrin əsaslı olması dəqiqləşdirilib.

Belə ki, “Dubay-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı Pakistan İslam Res­­­­publikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tə­rəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vi­za­sının saxta olması müəyyən edilib.

“Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin hə­ya­ta keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.


“İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təq­dim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olma­sı müəyyən edilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub