23 iyun 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Azərbaycan dili fərdlər arasında birlik yaradır – III YAZI
Azərbaycan dili fərdlər arasında birlik yaradır – III YAZI
31.05.2018, 10:16

Buludxan Xəlilov,

Dil Komissiyasının üzvü,

filologiya üzrə elmlər doktoru, professor

Söznən nəfəs alan, dili duyan, dil adlı xəzinənin bərəkətini artıran şair və yazıçılardan fərqli olaraq, bu xəzinədən istifadə etməyi bacarmayanlar da var. Onlar dil adlı xəzinədən istifadə etməyi bacarmadıqlarına görə heç özləri də bilmirlər ki, dildən nə istəyirlər. Gah dilə hücum edir, onu yaralayır, gah da dilin qayda-qanunlarıni pozur, gözdən salmaq istəyirlər. Onlar problemi özlərində deyil, dildə axtarırlar. Belə olduğundan “Altun yumurtlayan toyuq” hekayəsi yada düşür. Hekayənin məzmunu belədir: Təmiz bir adamın toyuğu hər gün xalis bir altun yumurtlarmış. Adam bir gün fikirləşir ki, toyuğun gündə bir altun yumurtlaması azdır. Fikirləşir ki, toyuğun qarnında bir xəzinə var, həmin xəzinəyə sahib olmaq lazımdır. Belə hesab edir ki, gündə bir altun yumurtanın sahibi olmaqdansa, birdəfəlik xəzinəyə sahib olmaq daha yaxşıdır. Ona görə də toyuğun başını kəsir, toyuğun qarnında, qursağında xəzinə axtarır. Ancaq heç bir xəzinə tapmır. Beləliklə, hər gün toyuğun yumurtladığı bir altundan da, toyuqdan da olur. Bu mənada bəzən dilimizi boğazlayanlar, dilin başına oyun açanlar, dil adlı xəzinənin necə xərclənməsini bacarmayanlar dilin özünü qiymətdən salırlar. Belə olanda dil ağrıyır, ah-nalə edir, əziyyət çəkir.


Sözlərdən, kəlmələrdən kimin istifadə etməsi və ona kimin ruh, can verməsi əsas məsələlərdən biridir. Sözlər, kəlmələr neytral halda dayanıb gözləyirlər. Gözləyirlər ki, onlardan kim və necə istifadə edəcəkdir. Sözlərdən, kəlmələrdən kimin istifadəsi və necə istifadəsi dilin möcüzəli aləmini üzə çıxarır. Dil lüğət tərkibindəki sözlərin, kəlmələrin və onların istifadəsi hesabına qüdrətli olur. Şairlər, yazıçılar dil adlı sənətin möcüzəli aləminə bir cür ruh, can verir, musiqişünaslar tamam ayrı cür boya qatırlar. Dilin ən ümdə möcüzələrindən biri şeirin musiqi dilinə, nəğməyə çevrilməsidir. Hər hansı bir dildə yaranan şeirlərin bir qismi uzun əsrlər boyu musiqi alətlərinin müşahidəsi ilə söylənmiş və oxunmuşdur. Bu da təbii ki, şeirə, yəni şeirdəki sözə, geniş mənada dilə bir gözəllik vermişdir. Dilin, eləcə də dildəki sözlərin, kəlmələrin gözəlliyini və duyumunu musiqi alətlərinin səsləri daha da güclü etmişdir. Təsadüfi deyil ki, qədim yunanlılar sözü “lir” adlı sazla, iranlılar “rud” adlı çalğı aləti ilə, türklər “saz”la söyləmiş və bunların köməyi ilə dilin, sözün, kəlmənin duyumunu artırmışlar. Dilə, sözə, kəlməyə musiqi qatmağı hələ ibtidai insanlar anlamış və bunu həyat tərzinə çevirmişlər. Laylalardan, nanaylardan başlamış ta bugünkü mahnılara qədər, bunların hamısı bir həqiqəti təsdiq etmişdir ki, dillər şeir dili olub-olmamalarına görə də bir-birindən fərqlənmişdir. Bu mənada Azərbaycan dilinin bir möcüzəsi də onun şeir dili olmasıdır. Azərbaycan dilinin musiqiyə yatımlı olması onun şeir dili olması ilə bağlıdır. Hər dil şeir dili ola bilmir. Azərbaycan dilinin şeir dili olması bu dilin möcüzəli xüsusiyyətlərindən biridir. Bu möcüzəyə qol-qanad verən Azərbaycan dilinin səs quruluşunun ifadəli olması, ahəng ünsürünün üstünlük təşkil etməsi, avazlanmanın, intonasiyanın yüksək rol oynamasıdır. Həm də Azərbaycan torpağının, iqliminin, coğrafiyasının özəllikləridir. Biz Azərbaycan dilinin yaratdığı bütün möcüzələrə görə bu torpağa, iqlimə, coğrafiyaya borcluyuq. Azərbaycan dilinin yaratdığı möcüzələrin təkamülündə azərbaycanlıların tarixboyu yaşadıqları torpaqlar da vətən torpağı kimi dilimizin dialektlərini, şivələrini, ləhcələrini formalaşdırmaqda yenə də dilin möcüzəsinə xidmət etmişdir. Yəni azərbaycanlıların yaşadıqları torpağın, vətənin coğrafiyası, iqlimi, relyefi, təbiəti dilin möcüzə yaratmasına müsbət təsirini göstərmişdir. Dialektal səs çeşidlərinin, sözlərin və onların mənalarının yaranması azərbaycanlıların yaşadıqları ərazilərin, vətənin coğrafi təbiəti, iqlimi, relyefi ilə bağlı olmuşdur. Bir sözlə, coğrafi mühit, iqlim, relyef dilin yaratdığı möcüzəyə xidmət etmişdir.


Azərbaycan dilinin şeir, musiqi, nəğmə dili olmasını xalq mahnıları, el mahnıları da təsdiq edir. Xalq mahnılarında, el mahnılarında şeirin ruhu ilə musiqinin bir-birini tamamlaması nəticə etibarilə dili sevdirir. Azərbaycan dilinə sevgi həm də xalq mahnılarından, el mahnılarından qidalanır. Məsələn, “Qalalı” xalq mahnısını necə sevməmək olar? Axı burada şeirlə musiqi bir-birini tamamlayır:

Bu gün ayın üçüdür

De gülüm nanay, ay naninay.

Girmə bostan içidir,

Yar girmə bostan içidir.

Dodaqların bal şəkər,

Dilin badam içidir.

 

Qız, belin incədir, incə,

Ləblərin qönçədir, qönçə.

 

Dam üstədir damımız.

De gülüm nanay, ay naninay.

Qoşadır eyvanımız.

Sən ordan çıx, mən burdan

Kor olsun düşmanımız.


Yaxud “Sona bülbüllər” xalq mahnısında şeirlə muisiqinin vəhdətini görməmək mümkün deyil:

Su atdım hara dəydi, sona bülbüllər?

Əlim divara dəydi, sona bülbüllər.

Dilim-ağzım qurusun, sona bülbüllər

Nə dedim yara dəydi, sona bülbüllər?

 

Elə yar-yar deyirlər

Heç məni demirlər

Elə bil yar deyiləm

Heç məni dindirməz.


Azərbaycan dili şeir, musiqi, ruh dili olduğu üçün Üzeyir Hacıbəyli istedadı ilə yanaşı, dilin öz imkanlarından istifadə edərək “Leyli və Məcnun”, “Şah Abbas və Xurşid banu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Rüstəm və Söhrab”, “Koroğlu” operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” komediyalarını yazmışdır. Bununla da Üzeyir Hacıbəyli sübut etmişdir ki, Azərbaycan dili bədii ruhu olan dildir. Azərbaycan dili təmiz və müqəddəs xalq zövqünə və istəklərinə uyğun dildir. Azərbaycan dili dərin milli və sosial köklərə malik olan dildir. Azərbaycan dili musiqi dili ilə danışmağı bacaran dildir. Azərbaycan dili şeir, musiqi, ruh dili olmaqla Üzeyir Hacıbəylinin xidmətləri sayəsində (yazdığı operalar və komediyalarla) Yaxın Şərq ölkələrində və bir sıra digər xarici ölkələrdə tanınmış, şöhrət qazanmış dildir. Azərbaycan dili xalqın tarixini, yaradıcı təfəkkürünü əks etdirən dildir.

 

Son


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək   
23.06.2018, 10:25

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək  

Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu 
23.06.2018, 10:14

Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu 

Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu
23.06.2018, 09:47

Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz etdilər
23.06.2018, 09:39

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz etdilər

“Bu günün məktəblisi, sabahın əsgəri” adlı  rəsm müsabiqəsi yekunlaşdı – Qaliblər əsgərlərlə görüşəcək
23.06.2018, 09:27

“Bu günün məktəblisi, sabahın əsgəri” adlı  rəsm müsabiqəsi yekunlaşdı – Qaliblər əsgərlərlə görüşəcək

Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”
23.06.2018, 09:16

Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”

Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı oldu
23.06.2018, 08:58

Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı oldu

Helsinkidə sərnişin təyyarəsi təcili eniş etdi
23.06.2018, 08:57

Helsinkidə sərnişin təyyarəsi təcili eniş etdi

Bakıda taksi piyadanı vurdu
23.06.2018, 00:59

Bakıda taksi piyadanı vurdu

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR
23.06.2018, 00:44

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR

Bakıda kilsədə dəhşət: Ayzaşlı qıza təcavüz edildi
23.06.2018, 00:24

Bakıda kilsədə dəhşət: Ayzaşlı qıza təcavüz edildi

Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı
23.06.2018, 00:12

Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı

Dünya Çempionatı-2018: İsveçrə Serbiyanı məğlub etdi
22.06.2018, 23:57

Dünya Çempionatı-2018: İsveçrə Serbiyanı məğlub etdi

Sərkisyanın mühafizə rəisi həbs edildi
22.06.2018, 23:42

Sərkisyanın mühafizə rəisi həbs edildi

Kombayn taxıl sahəsində yandı
22.06.2018, 23:27

Kombayn taxıl sahəsində yandı

36 polisin qətlində təqsirləndirilən terrorçu həbs olundu
22.06.2018, 23:11

36 polisin qətlində təqsirləndirilən terrorçu həbs olundu

Çağırışa gec gələn həkimi döydülər-Video
22.06.2018, 22:56

Çağırışa gec gələn həkimi döydülər-Video

BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı
22.06.2018, 22:41

BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb
22.06.2018, 22:29

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi
22.06.2018, 22:13

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi

“Proqres” – “Qəbələ” oyununun saatı açıqlandı
22.06.2018, 21:41

“Proqres” – “Qəbələ” oyununun saatı açıqlandı

Üzünü gizlətmək istəyən dələduz anbaan kameraya düşdü-VİDEO
22.06.2018, 21:29

Üzünü gizlətmək istəyən dələduz anbaan kameraya düşdü-VİDEO

Muharrem İnce bu şəxsləri həbs edəcək
22.06.2018, 21:16

Muharrem İnce bu şəxsləri həbs edəcək

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO
22.06.2018, 21:02

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO

Türk şahinləri 24 terrorçunu zərərsizləşdirdi
22.06.2018, 20:45

Türk şahinləri 24 terrorçunu zərərsizləşdirdi

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb
22.06.2018, 20:31

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev
22.06.2018, 20:12

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

Şirvan sakini qətlə yetirildi
22.06.2018, 20:04

Şirvan sakini qətlə yetirildi

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
22.06.2018, 20:00

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Dolların sabaha olan məzənnəsi
22.06.2018, 19:55

Dolların sabaha olan məzənnəsi

Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı
22.06.2018, 19:51

Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı

Əli Həsənov:
22.06.2018, 19:41

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB
22.06.2018, 19:32

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı müəyyənləşdi
22.06.2018, 19:21

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı müəyyənləşdi

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"   
22.06.2018, 19:09

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"  

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.1%)
Braziliya(23.4%)
Almaniya(10.3%)
İngiltərə(2.73%)
Portuqaliya(12.5%)
İspaniya(5.46%)
Fransa(4.37%)
Belçika(2.18%)
Seneqal(3.82%)
Rusiya(21.8%)